DÜNYA
İranda güclü zəlzələ nəticəsində azı 3 nəfər ölüb, 200-dən çox insan xəsarət alıb
Bakı, 14 may, AZƏRTAC
İran-Türkmənistan sərhədi yaxınlığında mayın 14-nə keçən gecə baş verən güclü zəlzələ nəticəsində azı 3 nəfər ölüb, 220-dən çox insan xəsarət alıb.
RİA Novosti agentliyinin məlumatına görə, yeraltı təkanlar nəticəsində elektrik enerjisi, su və qazın verilişində problemlər yaranıb, rabitə əlaqəsi pozulub. Hadisə yerində həkim və xilasedici briqadalar çalışırlar.
Qeyd edək ki, ötən axşam İran-Türkmənistan sərhədi yaxınlığında 5,8 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin episentri İranın Bocnurd şəhərindən 42 km şimalda, yerin səthindən 12,4 km dərinlikdə qeydə alınıb. Təkanlar nəticəsində Şimali Xorasan əyalətinin inzibati mərkəzi olan Bocnurd şəhərində bir neçə bina uçub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]
Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq
- 26.04.2024 [12:02]
Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək
- 26.04.2024 [11:54]
Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək
- 26.04.2024 [11:47]
Ayın üzərində ilk reklam yerləşdirilib
- 26.04.2024 [11:15]
Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir
- 26.04.2024 [11:10]