DÜNYA


İranda koronavirusa yoluxanların sayı artır

Tehran, 6 iyun, AZƏRTAC

İranda koronavirusa yoluxanların sayı artmaqda davam edir. Artıq bir neçə gündür yoluxanların sayı 2 mindən çox olur. Son sutka ərzində İranda 2886 nəfər koronavirusa yoluxub, 63 nəfər isə həyatını itirib.

AZƏRTAC xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur məlumat verib.

O bildirib ki, bu günədək İranda 167 min 256 nəfər virusa yoluxub, 8134 nəfər ölüb. Bununla yanaşı, xüsusi xəstəxanalarda müalicə alan 129 min 741 nəfər sağalaraq evə buraxılıb. Hazırda intensiv terapiya şöbəsində müalicə alan 2573 nəfərin vəziyyəti ağır olaraq qalır.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.