DÜNYA


İraqın yeni Prezidenti seçilib

Bakı, 3 oktyabr, AZƏRTAC 

İraqın yeni Prezidenti seçilib.

AZƏRTAC xəbər verir ki, Kürdüstan Yurdsevərlər Birliyinin namizədi 58 yaşlı Barham Salih ölkə parlamentində keçirilən səsvermənin ikinci turunda 219 səs toplayaraq qalib gəlib. Gizli səsvermədə 329 deputatdan 272-si iştirak edib.

Kürdüstan Demokrat Partiyasının namizədi Fuad Hüseyn isə cəmi 22 səs toplayıb.

Xatırladaq ki, seçkinin birinci turunda yeddi namizəddən heç biri kifayət olan səsi toplaya bilmədiyi üçün səsvermə ikinci tura qalmışdı.

Yeni Prezident parlamentdə and içib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.