Azərbaycan Dövlət İnformasiya Agentliyi

İşğaldan azad olunmuş Laçın rayonunun aqrar potensialı - TƏHLİL

İşğaldan azad olunmuş Laçın rayonunun aqrar potensialı - TƏHLİL

Bakı, 13 fevral, AZƏRTAC

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatları nəticəsində 44 gündən sonra Ermənistan məğlubiyyət sənədinə imza atmalı oldu. Nəticədə rayon və şəhərlərimiz azad olundu, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Azad edilən rayonlar arasında Laçın da var. 1992-ci il mayın 18-dən işğal altında olan Laçında çoxşaxəli aqrar potensial mövcud idi. İşğal nəticəsində Laçının yeraltı və yerüstü sərvətləri düşmən tərəfindən darmadağın edilib, kənd yerlərində çalışan əhali köçkün vəziyyətində ölkənin digər və şəhər rayonlarında məskunlaşmağa məcbur qalıb, yaşayış binaları, ümumi infrastruktur, o cümlədən kənd təsərrüfatı istehsalı üçün zəruri infrastruktur obyektləri sıradan çıxarılıb.

AZƏRTAC kənd təsərrüfatı üzrə ekspert Əbdülrəhim Dadaşovun Laçının aqrar potensialı barədə yazısını təqdim edir.

Laçın rayonu respublikamızın cənub-qərbində, Qarabağ silsiləsində yerləşir. Rayonun relyefi dağlar və dağlıq yaylalardan ibarətdir. Yetmiş iki min hektar yaylaq və 34 min hektar zəngin meşə sahəsinə malikdir. Ən hündür nöqtəsi isə 3594 metr olan Qızılboğaz dağıdır. Ərazi baxımından Kəlbəcər-Laçın iqtisadi rayonunun tərkibinə daxildir. Qarabağın Kiçik Qafqaz dağlarının şərqində Ermənistan ilə sərhəddə yerləşən rayonudur. Rayonun meşə fondunun əhəmiyyətli hissəsi işğal dövründə Ermənistan tərəfindən məhv edilib. Rayon ərazisində ümumi sahəsi 1092 hektar olan üçüncü dövrün relikt növlərinə aid “Ardıc meşəsi” dövlət təbiət abidəsi kimi xüsusi qiymətli meşə sahələrinin siyahısına daxil olunub. Bol su ehtiyatlarına malik olan rayonun ərazisindən axan Alxaslı, Şəlvə və Minkənd çayları birləşərək Həkəri çayını (uzunluğu 113 km) yaradır ki, bu çay da Araz çayına qovuşur.

Laçın rayonunda Alagöllər, İşıqlı, Qaragöl və s. göllər mövcuddur. Rayon əsasən çimli, dağ-çəmən, qəhvəyi dağ-meşə və karbonatlı dağ qara torpaqlara malikdir. Ərazidə yüksək keçən soyuq və dağ tundura iqlimi üstünlük təşkil edir.

Rayon əhalisi əsasən kənd yerlərində məskunlaşmışdı və əsas məşğuliyyəti kənd təsərrüfatı olmuşdur. Qışı quraq keçən, mülayim isti və soyuq iqlimi olan Laçın rayonunda örüş-otlaq və biçənək sahələrinin geniş olmasına (74.0 min ha) və əhalinin maldarlıq sahəsində təsərrüfatçılıq ənənələrinin saxlanılmasına görə keçmiş Sovet İttifaqının tərkibində olan zaman bu regionun aqrar potensialı daha çox heyvandarlıq sahəsində baza ağırlıqlı olmuşdu. Qeyd edək ki, burada mövcud olan otlaq sahələri respublikanın otlaq sahələrinin təqribən 3.1 faizini təşkil edir. Ərazisində hakim olan iqlimin və bol sulu çaylarının verdiyi imkanlara görə rayon sakinləri həm birillik, həm də çoxillik əkmələri rahat becərə bilirdilər. Burada heyvandarlıqla yanaşı, əkinçilik də inkişaf etdirilirdi. Belə ki, Laçın rayonunda 10.5 min hektar əkin sahəsi və 245 hektar çoxillik əkmələr mövcud olmuşdur. Əsasən taxılçılıq və meyvəçilik kimi sahələri də mövcud idi.

Bitkiçilik sahəsi üzrə aqrar potensialın qiymətləndirilməsi

Laçın rayonunda 1988-ci ilin əkin sahələrinin strukturuna nəzər saldıqda taxıl sahələrinin (96.3%) daha geniş sahələri əhatə etdiyi, digər sahələrdə isə əsasən tütün sahələrinin (2.1%) olduğu müşahidə olunur. Bununla yanaşı, Laçın rayonunda təqribən 175 ha sahədə meyvə və giləmeyvə bağları olsa da, dağ relyefi üçün əlverişli intensiv meyvə bağlarının salınması ilə bu sahənin də potensialından istifadə etmək olar. Aşağıdakı diaqramda əks olunan strukturdan bölgənin hansı bitkiçilik məhsullarının istehsalı ilə ixtisaslaşdığı, kənd təsərrüfatının tarixi ənənəsinin hansı sahələrdə təmərküzləşdiyi nəzərə çarpır.

Ümumilikdə, Laçın rayonunda 1988-ci ildə mövcud olan taxıl sahələri ölkədəki müvafiq əkin sahəsinin 0.7 faizini, tütün sahələri isə 0.5 faizini, eləcə də rayonda mövcud olan kartof, tərəvəz və bostan bitkilərinin əkin sahələri isə ölkədəki sahənin 0.1 faizini təşkil etmişdi.

Qrafik 1.

1988-ci il üzrə Laçın rayonunda bitkiçilik məhsullarının əkin strukturu, %

Mənbə: Dövlət Statistika Komitəsi.

1. Taxıl istehsalı potensialı. Mövcud olan rəsmi statistik məlumatlara əsasən 1980-ci ildə 3.3 min ha sahədə taxıl əkilmiş və biçilmiş taxıl sahələrindən 2.0 min ton məhsul əldə edilmişdir, 1985-ci ildə müvafiq olaraq sahə 3.4 min ha və ondan biçilmiş taxıl 2.8 min ton olmuşdur, 1988-ci ildə isə 3.9 min ha taxıl sahəsindən 3.0 min ton taxıl biçilmişdir. Göründüyü kimi, işğaldan öncəki dövr ərzində (1980-1988) taxıl məhsuldarlığında 26.6 faizlik artım müşahidə olunmuşdur. Taxıl üzrə orta məhsuldarlıq 7.6 sent/ha təşkil etmişdir. Maksimum məhsuldarlıq isə 8.5 sent/ha olmuşdur. 1980-1988-ci illər ərzində Laçın rayonunda taxıl istehsalı ölkə üzrə istehsalın 0.2 faizini təşkil etmişdir. Bu da taxıl istehsalında Laçın rayonunun potensial imkanlara malik olduğunu göstərir. Müstəqilliyimiz bərpa olunduqdan sonra aqrar sahədə aparılmış əsaslı islahatlar və innovativ texnologiyaların tətbiqi nəticəsində ölkədə məhsuldarlığın artması ilə yanaşı, işğaldan azad edilmiş Laçın rayonunda da bu yeni islahatlar və innovativ texnologiyaların tətbiqi ilə ümidverici nəticələr əldə etməyin mümkün olduğunu söyləmək mümkündür. Tədqiqatlar nəticəsində proqnoz inkişaf dövrü hesab edilən 2025-ci ilə qədər Laçın rayonunda taxıl istehsalının 5.3 min tona qədər artırılması gözlənilir.

2. Meyvə və giləmeyvə istehsalı potensialı. Mövcud olan rəsmi statistik məlumatlara əsasən rayonda 1980-ci ildə 210 ha, 1985-ci ildə 241 ha və 1988-ci ildə isə 175 ha meyvə və giləmeyvə bağları mövcud olmuşdur. Bu bağlardan həmin illər ərzində maksimum 74 ton məhsul əldə edilmişdir. Laçın rayonunda da yeni islahatlar və innovativ texnologiyaların tətbiqi ilə ümidverici nəticələr əldə etmək mümkündür. Tədqiqatlar nəticəsində proqnoz inkişaf dövrü hesab edilən 2025-ci ilə qədər Laçın rayonunda kartof istehsalının 300 tona qədər artırılması gözlənilir.

3. Tütün istehsalı potensialı. 1988-ci ildə isə 83 ha sahədən 142 ton məhsul istehsal edilmişdir. Statistik göstəricilərdən göründüyü kimi, işğaldan öncəki dövr ərzində (1980-1988) tütün məhsuldarlığında ölkə üzrə maksimum məhsuldarlıq 39.0 sent/ha olduğu halda, Laçın rayonunda bu bitkinin məhsuldarlığı 19.3 sent/ha olmuşdur. Halbuki 1980-1988-ci illərdə Laçın rayonunda tütün istehsalı ölkə üzrə istehsalın 0.2 faizini təşkil etmişdir. Göründüyü kimi, tütünçülük sahəsi barədə tarixi statistik göstəricilər həmin illər ərzində tütün istehsalında Laçın rayonunun tütün məhsulu istehsal etmə imkanlarının mövcud olduğunu göstərir. Aparılan araşdırmalar nəticəsində 2025-ci ilə qədər Laçın rayonda tütünün intensiv üsullarla əkilib-becərilməsi hesabına 2 ton/ha məhsuldarlıqla istehsalın 200 tona çatdırılması proqnozlaşdırılır ki, bu da ölkədə tütün istehsalının təxminən 1.4 faizinin məhz Laçın rayonu hesabına formalaşacağı deməkdir.

4. Digər növ bitkilərin istehsalı potensialı. Laçın rayonunda torpaq, iqlim, su resursları, eləcə də tarixən mövcud olan bitkiçilik ənənəsinin mövcud olması bu regionda meyvəçilik və tərəvəzçilik sahəsində də istehsal potensialı vəd edir. Qeyd etmək lazımdır ki, potensial nəzərə alınaraq bu zonada 300 hektarlıq intensiv nar, alma və xurma bağlarının pilot layihə olaraq salınması da plan çərçivəsində həyata keçiriləcək. Bundan əlavə, Laçın rayonunda 1000 hektara qədər sahələrdə kartof, tərəvəz və bostan bitkiləri əkiləcəyi də gözlənilir. Belə ki, regionlarda aqrar inkişaf perspektivi nəzərə alınarsa, ölkədə tətbiq olunan aqrar innovasiyalardan istifadə edilməsi ilə yeni intensiv meyvə-giləmeyvə bağlarının salınması tərəvəz istehsalını artırır. Bu baxımdan Laçının ölkənin bu məhsullar üzrə ərzaq təhlükəsizliyinin təminatı və ixracatının artımına böyük töhfəsi olacaq. Heyvandarlıq sahəsinin yemə olan tələbatı nəzərə alınarsa, bu rayonda yemlik otların da yetişdirilməsi üçün 1000 hektarlıq əlavə əkin sahəsinin salınması tədbirlər planı çərçivəsində nəzərə alınacaq.

Ümumilikdə, 1980-1988-ci illərin təcrübəsi, ölkədə son illər ərzində aqrar innovativ inkişaf trendləri və statistik göstəricilərinin təhlilindən əldə nəticələr görə, 2025-ci ilə qədər Laçın rayonunda 7.6 min hektarlıq əkin və bağ sahələrindən 38.4 min ton bitkiçilik məhsulu istehsalı imkanları vardır ki, bu da ümumilikdə, ölkədə müvafiq məhsullar üzrə proqnoz istehsal göstəricilərinin 0.4 faizini əhatə edir. Bitkiçilik məhsulları istehsalı nəticəsində Laçın rayonunun yaratdığı əlavə məhsul dəyərinin 22.0 milyon manat, ölkə üzrə proqnoz göstəricilərindəki payının isə 0.51 faiz olması gözlənilir.

Laçın rayonunda 2025-ci il üçün bitkiçilik məhsullarının istehsalı və ölkə miqyasında istehsal göstəricilərinə töhfəsi (faizlə) barədə proqnoz göstəricilər aşağıda daha aydın təsvir edilib:

Cədvəl 1.

2025-ci ildə Laçın rayonu üzrə bitkiçilik məhsulları istehsalının proqnozu

 

Bitkiçilik məhsulları                       

Rayon üzrə əkin sahəsi proqnozu, ha

Rayon üzrə məhsuldarlıq proqnoz, sent/ha

Rayon üzrə istehsal proqnozu, ton

Rayon üzrə proqnoz istehsalın ölkə istehsalına natural ifadədə gözlənilən faydası, %

        Taxıl                              

5000

10.5

5250

0.1

Tütün                                             

100

20.0

200

1.4

Kartof                                                      

800

66.0

5280

0.4

Tərəvəz                                         

170

120.0

2040

0.1

Bostan bitkiləri

30

106.6

320

0.1

Meyvə və giləmeyvə

500

6.0

300

0.02

Yem bitkiləri

1000

250.0

25000

6.7

Cəm

7600

+

38390

0.4

Mənbə: Dövlət Statistika Komitəsi.

Sadalanan əmək, torpaq, iqlim və su resursları ilə indiki vaxtda bu istehsaldan dəfələrlə çox məhsul istehsal etmək mümkündür. Nəzərə almaq lazımdır ki, müasir dövrdə kənd təsərrüfatının bütün sahələrində tətbiq edilən müasir yanaşma ilə ciddi inkişaf əldə olunub. İstər heyvandarlıqda yeni növ cinslər, bitkiçilikdə isə daha məhsuldar toxumların tətbiqi ilə işğaldan əvvəl olan istehsal həcmində ciddi artım əldə etmək mümkündür. Bütün bunlar Laçının xüsusilə kənd təsərrüfatında əhəmiyyətli irəliləyişlərə səbəb olacaq.

Heyvandarlıq sahəsi üzrə aqrar potensialın qiymətləndirilməsi

Rəsmi statistik məlumatlara əsasən, 1980-ci ildə 44894 olan iribuynuzlu heyvanların sayı, 1985-ci ildə 48717-ə yüksəlmiş və 1988-ci ildə isə 42968 baş olmuşdur ki, bu da ölkə üzrə müvafiq naxır sayının 2.3 faizini təşkil etmişdir. Eyni zamanda, xırdabuynuzlu heyvanlar üzrə isə 1980-ci ildə 212968, 1985-ci ildə isə 232151, 1988-ci ildə isə 224821 baş olmuşdur. Beləliklə, ölkə üzrə müvafiq sürü sayının 4.0 faizini təşkil etmişdir. Bütün təsərrüfat kateqoriyaları üzrə ət istehsalı qeyd edilən illərə müvafiq olaraq 2510, 3015 və 3276 ton olmuşdur. Rayon üzrə bütün təsərrüfatların cəmi süd istehsalı illər üzrə 1988-ci ildə 13923 tona bərabər idi. Yun istehsalı isə həmin ildə 354 ton olmuşdur, yumurta istehsalı isə 4127 min ədəd idi. Statistik məlumatlara əsasən deyə bilərik ki, Sovet İttifaqının tərkibində olduğumuz dövr ərzində Laçında heyvandarlığın bütün sahələri üzrə məhsul istehsalı artan dinamika ilə inkişaf etmişdir.

Qrafik 2.

İşğaldan öncə Laçın rayonunda iri və xırdabuynuzlu heyvanların sayı, baş

Mənbə: Dövlət Statistika Komitəsi.

Laçın rayonunda 2025-ci il üçün heyvandarlıq məhsullarının istehsalı və ölkə miqyasında istehsal göstəricilərinə töhfəsi (faizlə) barədə proqnoz göstəricilər aşağıda daha aydın təsvir edilib:

Cədvəl 2.

2025-ci ildə Laçın rayonu üzrə heyvandarlıq məhsulları istehsalının proqnozu

Heyvandarlıq sahəsi                               

Ölkə üzrə istehsal proqnozu

Rayon üzrə istehsal proqnozu, ton

Rayon üzrə proqnoz istehsalın ölkə istehsalına natural ifadədə gözlənilən faydası, %

       Ət (diri)

668224

1322

0.2

Süd                            

2431880

42208

1.7

Yumurta, min ədəd                                        

2104081

477

0.02

Yun

19975

510

2.6

Cəm

3246324

44517

1.4

Mənbə: Dövlət Statistika Komitəsi.

2025-ci ilə qədər Laçın rayonunda 75.6 min baş iribuynuzlu (inək və camışlar) və 402.3 min baş xırdabuynuzlu mal-qaranın (qoyun və keçilər) bərpa edilməsi ilə ölkədə heyvandarlığın inkişafına və sürü dövriyyəsinin təqribən 3.7 faiz artımına səbəb olacaq. Həmçinin Laçında 110 min quş və 18 min arı ailəsinin olacağı da proqnozlaşdırılır ki, bu da yumurta, quş əti və bal istehsalının artmasına da təkan verəcək. Bu sahələrə müvafiq olaraq diri və kəsilmiş çəkidə ət istehsalı 0.2 faiz və yun istehsalında isə təqribən 2.6 faiz artım olacaqdır. Süd və yumurta istehsalında müvafiq olaraq 1.7 faiz və 0.02 faiz artım proqnozlaşdırılır. Araşdırma və tədqiqat nəticəsində proqnoz dövrə qədər heyvandarlıq sahəsinin inkişafında Laçının payı 44.5 min tona yaxın və yaxud 1.4 faiz olacağı ehtimal edilir ki, bu da rayon üzrə 25.6 milyon manatlıq heyvandarlıq məhsulu istehsalı olacağı anlamına gəlir.

Aqrar istehsal potensialı ilə yanaşı, Laçın rayonunda tütünün emalı, südün emalı, gön-dərinin və yunun emalı müəssisələrinin qurulması üçün böyük potensial da nəzərə alınmalıdır. Bu region üçün trend hesab edilən meyvəçilik sektoru üzrə emal müəssisələri, arıçılıq məhsullarının istehsalı imkanları da hesablanarsa, burada aqro-sənayenin təmərküzləşmiş və klasterial inkişafından iqtisadiyyata töhfəsi sovet dövründəki potensialdan daha artıq olduğu müşahidə edilir.

Ümumilikdə, Laçın rayonunda kənd təsərrüfatı infrastrukturunun bərpası, yeni əkin sahələri və bağların salınması, otlaq sahələrinin, eləcə də heyvandarlıq sahəsinin inkişafı üçün zəruri infrastrukturun bərpası nəticəsində məhsuldar dövrün başlanğıcı hesab olunan 2025-ci ildə ölkədəki kənd təsərrüfatı istehsalına birbaşa əlavə töhfəsi 47.6 milyon manat, başqa sözlə 0.5 faiz olacağı proqnozlaşdırılır. Təbii ki, bu proqnozlar sadəcə aqrar potensialı əhatə edib. Sonrakı dövrdə emal və dəyər zənciri üzrə aqro-sənaye potensialı da hesablanarsa, dolayı olaraq daha böyük miqyasda ümumi daxili məhsulda və yeni iş yerlərinin yaradılması baxımından həndəsi silsilə ilə müsbət effekti hiss olunacaq.

Qeyd edək ki, işğaldan azad olunmuş digər rayonlarımızın aqrar potensialı və perspektivlər barədə aşağıdakı linklərdən tanış olmaq olar.

Qubadlı: https://azertag.az/xeber/1691043

Cəbrayıl: https://azertag.az/xeber/1641437

Zəngilan: https://azertag.az/xeber/1633639

Ağdam: https://azertag.az/xeber/1695189

Kəlbəcər: https://azertag.az/xeber/1700805

Füzuli: https://azertag.az/xeber/1706815 .

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İngiltərədə hərbi helikopter qəzaya uğrayıb: Üç əsgər həyatını itirib

Xəzərdə zəlzələ olub

Simferopol şəhərinə hava hücumu nəticəsində 3 nəfər həlak olub

Zaxarova: Rusiya ABŞ ilə Ankoricdə başlayan danışıqları davam etdirməyə hazırdır

İsrail və Livan ABŞ-ın vasitəçiliyi ilə atəşkəs barədə razılığa gəliblər

Əl-Hədəs: İran-ABŞ razılaşması dörd mərhələdə həyata keçiriləcək

Tramp kömür enerjisinin inkişafı üçün 700 milyon dollar ayırmaq istəyir

Qədim Efes şəhərində gecə muzeylərinə səfərlər başlayıb

“Çanmi” fırtınası Tokioda güclü yağışlara və torpaq sürüşmələrinə səbəb olub

Kamçatka sahillərində 30-a yaxın zəlzələ qeydə alınıb

ABŞ Dövlət katibi Mərkəzi Asiya ölkələrinə səfər edəcək

“Rheinmetall” Beynəlxalq Aerokosmik Sərgisində ən son hərbi texnologiyalarını təqdim edəcək

Zelenski: Ukrayna müharibənin diplomatik yolla başa çatdırılmasının istənilən formatına hazırdır

Ukraynada “Patriot” sistemləri üçün raket çatışmazlığı davam edir, lakin ABŞ-dən tədarük dayanmır

Tramp: İranla danışıqlar yaxşı davam edərsə, razılaşma həftəsonu baş verə bilər

BDU “Bakı Enerji Həftəsi” çərçivəsində innovativ layihə ilə təmsil olunub

Avropa çempionatı: Azərbaycan minifutbol millisi finala yüksəlib

ABŞ Prezidenti Ankarada NATO sammitində iştirak edəcək

Bu mövsüm Oğuzda 28 kümçü ilə müqavilə bağlanıb

Tovuzda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var

Azərbaycan Dövlət Uşaq Filarmoniyasında konsert – “Retro dalğası”

Bakıda “Əmir Əlişir Nəvainin irfani dünyası” monoqrafiyası işıq üzü görüb

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib

Dünya Kuboku: Azərbaycanın basketbol millisi pley-in mərhələsində

Türkiyəli ekspert: Zəngəzur dəhlizi Ankara və Bakının maraqları kontekstində açılacaq

Almaniya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilə bilməyib

Naxçıvanda yeni tikiş fabriki fəaliyyətə başlayıb

Sol sahil magistral kanalı vasitəsilə dörd rayon üzrə 60 min hektar əkin sahəsinə su verilir VİDEO

Sol sahil magistral kanalı vasitəsilə dörd rayon üzrə 60 min hektar əkin sahəsinə su verilir VİDEO

Hərbi təhlükəsizlik sahəsində Azərbaycan və Qırğızıstan nümayəndələrinin görüşü olub

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov vəfat edib

KPMG rəhbəri: Region yaşıl enerjiyə yönəlir– MÜSAHİBƏ

Media nümayəndələri Sərsəng su anbarı ilə tanış olublar VİDEO

Media nümayəndələri Sərsəng su anbarı ilə tanış olublar VİDEO

“Bir axşamın sehrli səsi” adlı hesabat konserti

Bu saata olan əsas xəbərlər

Ankarada Türk dünyasının inteqrasiyası və gələcəyinə ortaq baxış müzakirə olunub

AHİK nümayəndə heyəti Cenevrədə BƏT-in növbəti illik Konfransında iştirak edir

Dünya Kuboku: Azərbaycan millisi növbəti qələbəsini qazanıb

Ağalıda məktəblilər veloyürüşə qoşulub

Sankt-Peterburqda MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

Birləşmiş Krallığın ölkəmizə yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini nazirə təqdim edib

Qivami Rəhimli: Mədəni irs milli kimliyimizin təməli, dövlətçiliyimizin mənəvi dayağıdır

Rubio İsrail ilə Livan arasında danışıqların birgə bəyanatla nəticələnəcəyinə ümid etdiyini bildirib

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram şənliyi təşkil edilib VİDEO

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram şənliyi təşkil edilib VİDEO

“Ukrinform”da AZƏRTAC-ın xüsusi müxbirinin Azərbaycanın enerji siyasətinə dair məqaləsi dərc edilib

Qaçış yarışlarının qalibi olan uşaqlar və yeniyetmələr mükafatlandırılıblar

Zəngilanda növbəti əmək yarmarkası təşkil olunub

“Z” nəslinin nümayəndələri ilə münasibətdə üç prinsip var: hörmət, açıq ünsiyyət və etimad – mütəxəssis

Rusiya miqrant işçilərin sağlamlığına nəzarəti gücləndirəcək

Gələn il Sidney ilə London arasında birbaşa reyslərə başlanıla bilər: “Airbus” ilk sınaq uçuşunu həyata keçirib

Azərbaycanın enerji diplomatiyası qlobal enerji təhlükəsizliyinin mühüm dayaqlarından birinə çevrilib - ŞƏRH

İspaniyada isti havalarla bağlı rekord sayda ölüm halları qeydə alınıb

“Araz-Naxçıvan” 41 yaşlı kapitanı ilə müqaviləni yeniləyib

Azərbaycanın enerji diplomatiyası regional əməkdaşlığı qlobal tərəfdaşlığa çevirən uğurlu modeldir - ŞƏRH

Bilyard üzrə Avropa Kuboku və Avropa çempionatında 10-dan çox ölkənin təmsilçisi çıxış edəcək

Yeni Dövlət Proqramı aqrar inkişafın strateji yol xəritəsidir ŞƏRH

Küveyt İran səfirliyinin iki əməkdaşını “arzuolunmaz şəxs” elan edib

Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb YENİLƏNİB

“Bakı Enerji Həftəsi”ndə yaşıl enerji gündəliyi diqqət çəkib ŞƏRH

Nazir: “Əmək və Məşğulluq” altsistemi əmək münasibətlərinin vahid rəqəmsal platformasıdır

Azərbaycan idmançıları ötən ay 231 medal qazanıblar

Mütəxəssis: Dağ-mədən sənayesi dayanıqlı şəhərsalmanın təmin edilməsində strateji rol oynayır

İslam maliyyə alətləri Qarabağ və Şərqi Zəngəzur bölgələrinin dayanıqlı inkişafı üçün mühüm əhəmiyyət daşıyır – ŞƏRH

Azərbaycanın və Belarusun hərbi hüquqşünaslarının işgüzar görüşü olub

Varşavada Türk Mədəniyyəti və İrsi Mərkəzinin təntənəli açılışı olub

Türk professor: Orta Dəhlizin genişlənməsi Azərbaycanın regional gücünü daha da artıracaq

Azərbaycan millisinin voleybolçusu klubundan ayrılıb

Ekspert: Enerji siyasəti ölkənin iqtisadi gücünü formalaşdırıb - ŞƏRH

Aİ Azərbaycanla yaşıl enerji əməkdaşlığını strateji prioritet hesab edir

Güləşçilərin sağlamlığının qorunması istiqamətində vacib addımlar atılacaq

Azər Şükürov: Ölkəmizin tikinti materialları ehtiyatları şəhərsalma siyasətinin həyata keçirilməsi üçün mühüm imkanlar yaradır

Azərbaycan neft və qaz resurslarını qarşılıqlı əməkdaşlıq platformasına çevirib ŞƏRH

Azərbaycan-Argentina münasibətləri təhsil və mədəniyyət müstəvisində

Mərkəzi Bank Naxçıvanda vətəndaşlarla görüşlərin əlçatanlığını artırır

Bakı–Tbilisi–Qars xəttinin modernləşdirilməsi Orta Dəhlizin inkişafında yeni mərhələnin başlanğıcıdır ŞƏRH

UNEC ilə İCMA arasında əməkdaşlıq memorandumu imzalanıb

Milli Məclisin sədri Qlobal Konfrans çərçivəsində bir sıra görüşlər keçirib

Energetika naziri Venesuela və İranın nazir müavinləri ilə enerji sektorunda əməkdaşlıq imkanlarını dəyərləndirib

ISO-nun Turizm və əlaqədar xidmətlər üzrə Texniki Komitəsi indiyədək 61 beynəlxalq standart hazırlayıb

“Böyük Qayıdış”ın yaratdığı təbəssüm

Şərqşünaslıq İnstitutunun ilk direktorunun 120 illik yubileyi qeyd edilib

Azərbaycanla Almaniya arasında təbii qaz və bərpaolunan enerji sahələrində əməkdaşlıq perspektivləri dəyərləndirilib

İmişlidə sexdə baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

İmişlidə sexdə baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

® Kreditini “Birbank”a gətirənlər 6 faizədək endirim qazanır – kampaniya davam edir

Mütəxəssis: “mygov” vahid rəqəmsal xidmət platformasının formalaşdırılması baxımından düzgün yanaşmadır

Tarixi yaddaş və milli kimlik - panel müzakirə

Ekspert: Ukrayna-Rusiya müharibəsinin aktiv mərhələsi başa çatmış ola bilir VİDEO

Ekspert: Ukrayna-Rusiya müharibəsinin aktiv mərhələsi başa çatmış ola bilir VİDEO

“Reuters”: Donald Tramp İranın nüvə silahından imtina etməyə razı olduğunu bildirib

Bakıda Ümumdünya Velosiped Günü veloyürüşlə qeyd edilib

Tuqay meşələrinin mövcud vəziyyəti araşdırılıb

Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır

Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi – Bakıda I beynəlxalq elmi konfrans VİDEO

Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi – Bakıda I beynəlxalq elmi konfrans VİDEO

Musa Mərcanlı: İRS jurnalı 22 il ərzində Qərbi Azərbaycanla bağlı 150-dən çox material dərc edib

Bakıda “Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyi təşkil edilib

İqtisadiyyat Nazirliyinin tabeliyindəki qurumlar və DİF rezidentlər üçün vörkşop təşkil edib

Azərbaycan alimləri Niderlandda beynəlxalq elmi konfransda iştirak ediblər

Avropa İttifaqı İsveçi sərhəd nəzarətini ləğv etməyə çağırır

DSX-nin Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul davam edir

Azərbaycan və Keniya arasında məhkəmə-hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri nəzərdən keçirilib

Tarixçi-alim: Ermənistanda monoetnik mühit deportasiyalar və məcburi köçürmələr vasitəsilə formalaşdırılıb

Fərhad Qaraşov: Yeni Dövlət Proqramı aqrar sektorun innovativ inkişaf modelinə keçidini sürətləndirəcək