MƏDƏNİYYƏT


İstanbulda III Beynəlxalq Türk Dünyası sənədli filmlər festivalının qala gecəsi və mükafatlandırma mərasimi keçirilir

İstanbul, 6 oktyabr, AZƏRTAC

İstanbulda III Beynəlxalq Türk Dünyası sənədli filmlər festivalının qala gecəsi və mükafatlandırma mərasimi başlayıb.

AZƏRTAC xəbər verir ki, Türk dünyası Qəzetçilər Federasiyasının təşkilatçılığı ilə keçirilən festivalın münsiflər heyətinin sədri görkəmli azərbaycanlı kinorejissor Vaqif Mustafayevdir. Vaqif Mustafayevin sədrliyi ilə münsiflər heyətinın müəyyən etdiyi qaliblər elan olunacaq.

Təşkilat komitəsinin məlumatına görə, festivala Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin kino idarəsi və 11 universitet tərəfindən dəstək verilir. Festivala ümumilikdə 8 ölkədən 140 film təqdim olunub. Finala 12 peşəkar, tələbələr tərəfindən çəkilən 12 film seçilib. Bu filmlər Bakı, Lefkoşa, Bişkek, Daşkənd, Skopye, Sarayevo, Almatı və İstanbul şəhərlərində nümayiş olunacaq.

Mərasim davam edir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.