DÜNYA


İzmir sahillərində 154 miqrant saxlanılıb

İzmir sahillərində 154 miqrant saxlanılıb

Bakı, 22 mart, AZƏRTAC

İzmirin Dikili və Çeşmə rayonları sahillərində 66 qeyri-qanuni miqrant xilas edilib, 154 miqrant saxlanılıb.

AZƏRTAC “TRT Haber”ə istinadla xəbər verir ki, bu barədə məlumat Türkiyənin Sahil Mühafizə Komandanlığının internet saytında yer alıb.

Məlumata görə, Sahil Mühafizə Komandanlığına çətin vəziyyətə düşən qayıq barədə məlumat daxil olub. Xilasetmə əməliyyatı nəticəsində İtaliya marşrutu üzrə hərəkət edən yelkənli qayıqda miqrantlar aşkar edilərək saxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.