MƏDƏNİYYƏT


“Kapellhaus”da İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş tədbir keçirilib

Bakı, 14 dekabr, AZƏRTAC

Azərbaycanın görkəmli şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə növbəti tədbir Alman-Azərbaycan Cəmiyyətinin təşəbbüsü ilə dekabrın 14-də “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Mərkəzində reallaşıb.

AZƏRTAC xəbər verir ki, əvvəlcə qonaqlar görkəmli şairin yaradıcılığına həsr edilmiş sərgiyə baxıblar.

Sərgi çərçivəsində sovetlər dönəmində Liesolette Remane və professor Vaqif Aslanovun müəllifliyi ilə “Elm” nəşriyyatında çap olunmuş “Nassimi ausgewahlte Gedichte” (Nəsiminin seçilmiş şeirləri) kitabı yeni formatda rəssamların illüstrasiyası ilə iki dildə təqdim olunub.

Alman-Azərbaycan Cəmiyyətinin sədri Çingiz Abdullayev çıxış edərək tədbirin əhəmiyyətindən söz açıb, yeni nəşrin önəmini qeyd edib.

Xalq rəssamı Arif Hüseynov və Xalq artisti Əbdül Mahmudbəyov Nəsiminin 650 illik yubileyi münasibətilə ölkədə təşkil olunan silsilə tədbirlərdən, şairin yaradıcılığı və ona verilən dəyərdən söz açıblar.

Tədbir musiqili poeziya dəqiqələri ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.