DÜNYA


Kataloniya hökumətinin sabiq rəhbəri Karles Puçdemon İtaliyada saxlanılıb

Roma, 25 sentyabr, AZƏRTAC

Kataloniya hökumətinin sabiq rəhbəri Karles Puçdemon İtaliyanın Sardiniya adasında saxlanılıb.

AZƏRTAC xəbər verir ki, İspaniya Ali Məhkəməsi tərəfindən barəsində axtarış və həbs qərarı çıxarılan K.Puçdemonun bəzi bələdiyyə sədrləri və müstəqillik tərəfdarı olan siyasi partiya üzvləri ilə görüşmək üçün Sardiniya adasına getdiyi bildirilib. O, barəsində axtarış və həbs qərarı çıxarıldığı üçün İtaliya təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və bu gün hakim qarşısına çıxacaq.

Xatırladaq ki, 2017-ci il oktyabrın 1-də Kataloniyada keçirilən qanunsuz müstəqillik referendumu və həmin il oktyabrın 28-də Kataloniya parlamentində elan edilən birtərəfli müstəqillik bəyannaməsindən sonra oktyabrın 30-da Belçikaya qaçan K.Puçdemon 2019-cu ildə Avropa Parlamentinin üzvü seçilib. Belçika məhkəməsi İspaniyanın K.Puçdemonun təhvil verilməsi ilə bağlı tələbini rədd etmişdi.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.