REGİONLAR
Kəlbəcərli istehsalçılar 563,5 hektar sahədə yazlıq əkin aparıblar
Kəlbəcər, 2 may, Rauf Hacıyev, AZƏRTAC
Bu il Kəlbəcər rayonunun kənd təsərrüfatı istehsalçıları və fermerləri tərəfindən 563,6 hektar ərazidə yazlıq əkin aparılıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, məcburi köçkün həyatının çətinliklərinə baxmayaraq, rayon fermerləri həmin sahələrə 226 hektar buğda, 107 hektar arpa, 15 hektar qarğıdalı, 43 hektar yem üçün arpa, 133 hektar isə yazlıq və payızlıq yonca əkiblər.
Həmçinin ilk dəfə olaraq Bərdə rayonu Lənbərən kəndində yerləşən Kəlbəcər rayon Taxıl İstehsalı və Heyvandarlıq Təsərrüfatına məxsus torpaq sahəsinin 19,5 hektarında şəkər çuğunduru, 20 hektarında isə pambıq əkini həyata keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]