İDMAN
Kişilər arasında şpaqa ilə fərdi yarışların qrup mərhələsində 35 idmançı mübarizə aparıb [YENİLƏNİB] VİDEO
Kişilər arasında şpaqa ilə fərdi yarışların qrup mərhələsində 35 idmançı 5 qrupda mübarizə aparıb.
Azərbaycanın 4 idmançısından ikisi qələbə sevinci yaşayıb. Kənan Əliyev iki, Mehrab Həsənov isə bir dəfə qalib gəlməyi bacarıb. Onların hər ikisi qrupda 6-ci yeri tutub. Altı oyunun hamısında uduzan Nəcəf Məhərrəmov və Vəkil Nəsibov isə 7-ci olublar. Şpaqaçılarımız onaltıdabir final mərhələsinə yüksələ bilməyiblər və mübarizəni dayandırıblar.
11:26
Qadın qılıncoynadanlar da rapira ilə fərdi yarışlara başlayıblar.
Rapira yarışlarında ümumilikdə 36 qılıncoynadan 6 qrupda mübarizə aparır. Bu yarışda Azərbaycan təmsil olunmayıb.
Bu gün birinci Avropa Oyunlarının qılıncoynatma yarışlarında daha 2 dəst medalın sahibləri müəyyənləşəcək.
10:25
Bakı, 24 iyun, AZƏRTAC
İyunun 24-də qılıncoynatma yarışlarının ikinci günündə kişilər arasında şpaqa ilə fərdi yarışlar başlayıb.
AZƏRTAC xəbər verir ki, azərbaycanlı idmançılardan bu yarışlarda Kənan Əliyev "A", Nəcəf Məhərrəmov "B", Vəkil Nəsibov "C", Mehrab Həsənov "E" qruplarında birincilik uğrunda mübarizə aparırlar.