REGİONLAR
Kürdəmirdə bağlardan 33 min 774 ton meyvə tədarük olunub
Kürdəmir, 4 yanvar, AZƏRTAC
Ötən il Kürdəmirdə 3975 hektar meyvə bağından 33 min 774 ton məhsul yığılıb. Bu göstərici inişilki illə müqayisədə 6948 ton çoxdur.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədarük olunan meyvənin 1678 tonu heyva, 525 tonu alça, 383 tonu gavalı, 334 tonu xurma, 277 tonu armud, 173 tonu ərik, 168 tonu şaftalı, 124 tonu alma və digər məhsullardır. Bağbanlar ən yüksək nəticəni nar bağlarından əldə ediblər. Belə ki, 3422 hektar nar bağından 29 min 777 ton məhsul tədarük olunub. Tədarük edilən narın demək olar ki, yarıdan çoxu Karrar, Sığırlı, Ərəbqubalı və Axtaçı kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərin ərazilərindəki bağlardan yığılıb.
Bağbanlar yetişdirdikləri meyvələri, xüsusən də narı yerli bazarlarla yanaşı, xarici bazarlara da çıxarırlar.