REGİONLAR
Kürdəmirdə narkotik tərkibli bitki yetişdirən şəxs saxlanılıb VİDEO
Kürdəmir, 20 avqust, AZƏRTAC
Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon polis şöbəsinə daxil olan məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Türkədi kənd sakini Yunis Əzizov saxlanılıb. Yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 17 ədəd çətənə kolu aşkar edilərək götürülüb. İlkin dindirmə zamanı Yunis Əzizov cinayət əməlini etiraf edərək, peşman olduğunu bildirib.
Faktla bağlı Kürdəmir RPŞ-də araşdırmalar davam etdirilir.