Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

LAÇINLILAR ÖTƏN İLİN YEKUNLARINI MÜZAKİRƏ ETMİŞLƏR

AZƏRTAC xəbər verir ki, Laçın Rayon İcra Hakimiyyətində 2005-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir.

Hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Elbrus Təhməzov respublikamızın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış laçınlıların hər cür dövlət qayğısı ilə əhatə olunduğunu bildirmişdir. Natiq qeyd etmişdir ki, ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş inkişaf strategiyasını bu gün ölkə Prezidenti İlham Əliyevin məharətlə davam etdirməsi uğurlu nəticələr qazanmağa şərait yaratmışdır. Həyata keçirilən daxili və xarici siyasət, sosial-iqtisadi islahatlar ölkəmizin beynəlxalq aləmdə imicini möhkəmləndirmiş, iqtisadi inkişafına təkan vermiş, bütün sahələrdə böyük nailiyyətlər əldə edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin 2004-cü il 1 iyul Sərəncamı ilə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiq olunmuşdur. Proqrama əsasən müxtəlif bölgələrdə müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərin yaşadığı çadır düşərgələrinin ləğv edilməsi, yeni müasir qəsəbələrin salınması, digər həlli vacib məsələlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Ötən il Bərdə və Ağcabədi rayonları ərazisində çadır düşərgələrində müvəqqəti məskunlaşmış 37, Sabirabad və Saatlı rayonları ərazisində çadır şəhərciklərində yaşayan 22 məcburi köçkün ailəsi üçün “Taxta körpü”də yeni qəsəbələrin tikintisinə başlanmışdır. Həmin qəsəbələrdə inşaat işləri başa çatmaq üzrədir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən bölgələrdə vüsət alan geniş tikinti-abadlıq işlərində rayonumuzun məcburi köçkünləri də yaxından iştirak edirlər. Bir sıra idarə və müəssisələrin fəaliyyəti bərpa olunur, təhsil, səhiyyə, rabitə obyektləri tikilir, fərdi xidmət, ticarət, ictimai iaşə müəssisələri aparılır.

Qeyd edilmişdir ki, ötən il qış yataqlarının ən ciddi problemi olan su təminatı sahəsində xeyli iş görülmüş, “Taxta körpü” - Kato magistral su xəttindən Vağazin obasına yeni su xətti çəkilmiş, Qaradolaq artezianından Nurəddin, Ərdəşəvi, Alxaslı və Şeylanlı obalarına gedən su xətti təmir olunmuşdur. Mərkəzi su anbarına gedən su xəttində də təmir-bərpa işləri aparılmışdır. Prezident İlham Əliyevin tapşırığı ilə qış yatağındakı obaları suvarma suyu ilə təmin etmək üçün Qarqar çayından 8,6 kilometr uzunluğunda beton kanalın tikintisinə başlanmışdır. Bu şəbəkənin yaradılmasına 11,3 milyard manat vəsait ayrılmışdır. Qarakeçdi obalarına Ağcabədi rayon ərazisindən gələn K-3 kanalının üzərində yeni nasos stansiyası tikilmiş və 2,4 kilometr uzunluğunda yeni tökmə torpaq kanalı çəkilmişdir. Yeni subartezian quyuları istifadəyə verilmiş, 20 bulaq inşa edilmişdir. Qış yataqlarının obalarındakı suvarma kanallarının 37,6 kilometri lildən təmizlənmişdir.

Əhalinin elektrik enerjisinə olan tələbatını ödəmək üçün “Taxta körpü” qəsəbəsində 250 kilovatlıq, Hacılar obasında 160 kilovatlıq, Alxaslı, Qarakeçdi obalarının hər birində 100 kilovatlıq transformatorlar quraşdırılmış, Ərdəşəvi, Sadınlar, Murik, Vağazin, Fingə, Ağcakənd və Mişni obalarındakı transformatorlar təmir olunmuşdur. 35\010 kilovatlıq “Mil massivi” yarımstansiyasında yağ açarı təmir olunaraq işə salınmışdır. 10 min metrədək elektrik xətti yenisi ilə əvəz edilmiş, 30 min metrədək hava xəttində əsaslı təmir işləri aparılmışdır.

Müşavirədə qeyd olunmuşdur ki, ötən il “Taxta körpü” - Mais yolunun 2 kilometri yenidən qurulmuş, Vağazin-Mişni yolunda 1,8 kilometr, Mais-Alxaslı yolunda 2,2 kilometr məsafəyə çınqıl döşənmişdir. Daxili imkanlar hesabına Ağcabədi-Zərdab yolunun bir kilometrinə asfalt döşənmişdir.

Hesabat dövründə təhsil və səhiyyə obyektlərinin tikintisinə xüsusi diqqət yetirilmişdir. Alxaslı qış yatağında müasir tələblərə cavab verən 100 yerlik, yeni məktəb binası inşa edilmiş, “Taxta körpü” qəsəbə, Qarakeçdi 2 nömrəli, Ağbulaq, Bakının Nərimanov rayonunda fəaliyyət göstərən Bozlu, Əzizbəyov rayonunun Buzovna qəsəbəsində fəaliyyət göstərən Quşçu, Abşeron rayonunda fəaliyyət göstərən Səfiyan məktəbləri, Fingə və Təzəkənd obalarındakı həkim məntəqələri əsaslı təmir olunmuş, Şeylanlı, Kamallı, Malıbəy, Cağazur obalarında kənd ərazi vahidi üzrə nümayəndəliklər üçün inzibati binalar tikilmişdir.

Laçınlı məcburi köçkünlərin məskunlaşdığı 50-dən çox şəhər və rayonda icra hakimiyyətinin səlahiyyətli nümayəndələri fəaliyyət göstərirlər. Nümayəndələr qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi üçün tədbirlər hazırlayıb həyata keçirirlər.

Yığıncaqda bildirilmişdir ki, 2005-ci ildə 11,250 sentner ət, 50,448 sentner süd, 2,963 sentner yun, 992 min ədəd yumurta istehsal olunmuşdur. Əhaliyə 76 milyon manatlıq ticarət xidməti göstərilmiş, 7538, 3 milyon manatlıq tikinti-abadlıq işləri görülmüşdür. 250-dən çox yaşayış məntəqəsində müvəqqəti məskunlaşmış laçınlı köçkünlər inanırlar ki, ölkə Prezidenti İlham Əliyevin apardığı çevik daxili və xarici siyasət nəticəsində Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə öz həlini tapacaq, məcburi köçkünlər, qaçqınlar öz doğma yurd-yuvalarına qayıdacaqlar.

Müşavirədə 2006-cı ildə qarşıda çox mühüm vəzifələrin durduğu diqqətə çatdırıldı, bildirildi ki, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi üçün vəzifəli şəxslər daha səylə çalışmalı, işlərində dönüş yaratmalıdırlar. Tənqid və özünütənqid ruhunda keçən hesabat yığıncağında il ərzində görülən işlər ətraflı təhlil edildi, nöqsanları doğuran səbəblər açıqlandı, konkret təkliflər verildi.

Hesabat yığıncağında çıxış edən Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov ölkəmizin Prezidenti İlham Əliyevin qaçqın və köçkünlərə qayğısından, bu sahədə həyata keçirilən tədbirlərdən, görülən işlərdən danışmış, onların bütün problemlərinin həlli üçün bundan sonra da təsirli tədbirlər görüləcəyini bildirmişdir.

Məruzə ətrafında çıxış edənlər dövlət tərəfindən qaçqın və köçkünlərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Yığıncaqda Prezidentin İcra Aparatının məsul işçisi Vüqar Hüseynov, Nazirlər Kabinetinin şöbə müdiri Qurban Sadıqov, Milli Məclisin deputatı Sevindik Hətəmov iştirak etmişlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Rabat Beynəlxalq Kitab Sərgisində təmsil olunur

Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir

Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Livanda qeyd edilib

Vaşinqtonda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Ulu Öndər Heydər Əliyevin andan olmasının 101-ci ildönümü Parisdə qeyd edilib

CAR-da binanın çökməsi nəticəsində ölənlərin sayı 14-ə çatıb

Lorin Malmödə müvəqqəti butik açır

Latın Amerikası rekord temperatur və təbii fəlakətlərdən əziyyət çəkir

Qız voleybolçuların muxtar respublika birinciliyində qalib bəlli olub

İmtahanda ən yüksək nəticəni Laçın rayonundan olan şagird göstərib

Rumıniyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Qahirə Hüseynova: insanlarda Ulu Öndərin onları çətinliklərdən xilas edəcəyinə inam vardı

Latviyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə dəyirmi masa keçirilib

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “FEST101” festivalı keçirilib

Prezident İlham Əliyev Laçında kiçik su elektrik stansiyalarının açılışlarında iştirak edib YENİLƏNİB

Rustavidə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Prezident İlham Əliyev Laçın rayonunun Sus kəndinə köçmüş sakinlərlə görüşüb YENİLƏNİB

Azərbaycan Basketbol Liqası: "Sabah" "Xırdalan"a qalib gələrək finala yüksəlib

Xətai rayonunda Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konsert keçirilib

İraqda Ulu Öndərin xatirəsi anılıb

Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş  YENİLƏNİB-2 VİDEO

Gürcüstanın azərbaycandilli məktəblərində “Ulu Öndərin Ömür Yolu” adlı inşa müsabiqəsi keçirilib

YAP-ın təşkilatçılığı ilə “Heydər Əliyev irsi: milli maraqlarla bəşəri dəyərlərin vəhdəti” mövzusunda tədbir keçirilib

Ümummilli Liderin anadan olmasının ildönümü ilə əlaqədar Serbiyada tədbir təşkil edilib

Londonda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

COP29-un prezidenti Pakistanda COMSATS-in baş qərargahında olub

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlim keçiriləcək

Pakistanın Baş naziri COP29-a dəvət olunub VİDEO

Premyer Liqa: "Neftçi" doğma meydanda "Kəpəz"i darmadağın edib

Prezident İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub YENİLƏNİB

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə SOCAR-da tədbir keçirilib

Prezident İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub YENİLƏNİB

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanışlıq  YENİLƏNİB

UNESCO-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib VİDEO

Şuşada “Şirin su” hamamının bərpadan sonra açılışı olub YENİLƏNİB

Ordu quruculuğu sahəsində Ulu Öndərin siyasi xəttini hazırda Prezident İlham Əliyev uğurla davam etdirir

Azərbaycanda “Yaşıl gələcək naminə” adlı yaşıllaşdırma aksiyasına start verilib

Naxçıvanda əlilliyi müəyyən olunmuş 12 şəxsə avtomobil təqdim edilib

Gənc prokurorluq əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət edib

AZƏRTAC-ın kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla anıb VİDEO

Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar Nyu-Yorkda şahmat turniri keçirilib

Din xadimləri Ulu Öndərin xatirəsini yad ediblər

Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın işıqlı sabahının təməlini qoyub

Türk Dövlətləri Təşkilatında təcrübə proqramı həyata keçirilir

DTX-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbir keçirilib

Azərbaycan Ulu Öndər Heydər Əliyevin arzuladığı ucalığa yüksəlib

Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 128 min şəxsə 344 min xidmət göstərilib

MEK-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilən dəyirmi masa

Vitali Jakot: Heydər Əliyev Azərbaycan-Moldova münasibətlərinin banisi və memarıdır

Minskdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

Uruqvay mətbuatı Azərbaycan xalqının Ümummilli Liderindən yazıb

ADU-da “Azərbaycan-Çin” kitabı təqdim edilib

Respublika Elmi-Texniki Kitabxanasında Ulu Öndər Heydər Əliyevə həsr olunan tədbir keçirilib

MBBİ-nin magistraturasının məzunu Oksford Universitetində dissertasiya müdafiə edib

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin qalib layihələrinin müəllifləri ilə görüş olub

AQTA rəhbərliyi Ulu Öndərin xatirəsini anıb

Mariya Stadnik uduzsa da, lisenziya şansını saxlayıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Batumidə də qeyd edilib

Ağdam Sənaye Parkında görülən işlərlə tanışlıq

Sosial-İqtisadi Kollecdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib

Ümummilli Liderin doğum günündə Naxçıvanda aztəminatlı ailələrə sovqatlar təqdim olunub

Naxçıvanda istehlakçılara 1,3 milyon manat ƏDV geri qaytarılıb

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar YENİLƏNİB

Bıçaqla xəsarət yetirilən Bərdə sakininin vəziyyəti ağır-stabildir

Kür çayının daşması Qazaxda bir sıra fəsadlar yaradıb

Metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Tərtərlilər Ümummilli Lider Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad ediblər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş ədəbi-bədii tədbir

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Şamaxıda da qeyd edilib

Rusiya Dövlət Duması hökumət sədri postuna Mixail Mişustinin namizədliyini təsdiqləyib

Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü ilə bağlı “Sehrli Ordubad” fotosərgisi açılıb

NAYORA Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib

İkinci yeri tutan gimnast: Bakı çempionatı mənim üçün yaxşı təcrübə oldu

Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanışlıq YENİLƏNİB

ASAN könüllüləri Ümummilli Lider Heydər Əliyevin xatirəsini anıblar

“AzerGold” və törəmə şirkətlərinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Astarada yeni inşa olunan körpü istifadəyə verilib VİDEO

Medianın İnkişafı Agentliyində Ulu Öndərin anadan olmasının 101 illiyi ilə əlaqədar tədbir keçirilib, Ümummilli Liderin məzarı ziyarət edilib

Naxçıvanda “Heydər Əliyev və Naxçıvan” mövzusunda konfrans keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

İqtisadiyyat Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib

ADY rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

® “PAŞA Holding”in törəmə şirkətlərindən olan “Agro Dairy”nin növbəti kənd təsərrüfatı təlimləri keçirilib

Qırğızıstanda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir təşkil edilib

Budapeştdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi anılıb VİDEO

Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində ölənlərin sayı 3-ə çatıb

Daşkənddə Ulu Öndər Heydər Əliyevin doğum günü qeyd edilib VİDEO

BŞTİ-nin sektor müdiri: Müsahibədə uğur qazana bilməyən şəxs apellyasiyaya müraciət edə bilər

Kubalı deputat: Kuba-Azərbaycan əlaqələrinin təməli Heydər Əliyev tərəfindən qoyulub

İmişli sakinləri Ümummilli Liderin xatirəsini ehtiramla anıblar

Yekaterinburqda Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Azərbaycanın turizm imkanları Cənubi Koreyada nümayiş etdirilir

BDU boş olan və seçki müddəti başa çatacaq vəzifələri tutmaq üçün müsabiqə elan edir

Pan-Afrika İqlim Ədaləti Alyansı Azərbaycanın qlobal iqlim fəaliyyəti sahəsində liderliyini yüksək qiymətləndirib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Şəkidə vətəndaşlarla görüşəcək

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Polşada qeyd edilib

® “AccessBank” Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib

Birinci sinfə qəbulda tədrisi digər dillərdə aparılan bölmələr üzrə təkrar müsahibədə kimlər iştirak edə bilər?