DÜNYA
LUVR MUZEYİNDƏN 11 MİLYON AVRO DƏYƏRİNDƏ İKİ BRİLYANT OĞURLANIB
AZƏRTAC-ın Parisdən aldığı xəbərə görə, Luvrda keçirilmiş zərgərlik sərgisində ümumi dəyəri 11 milyon avrodan artıq olan iki brilyant oğurlanmışdır. Bu hadisə sentyabrın 27-də “Şopar” şirkətinin stendində baş vermişdir.
Hüquq mühafizə orqanlarının məlumatında bildirilir ki, stenddə iş yerini müvəqqəti tərk edən növbətçi qulluqçu 15 dəqiqədən sonra qayıtdıqda şındırılmış vitrindən iki qiymətli daşın - 6 milyon avro dəyərində 47 karatlıq ağ brilyantın və 5,5 milyon avro dəyərində 15,74 karatlıq mavi brilyantın oğurlandığını aşkar etmişdir.
Polislərin dediklərinə görə, daşların olduğu vitrin siqnalvermə sisteminə birləşdirilməmiş, oğurluğun baş verdiyi otaqda isə videomüşahidə kameraları qoyulmamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]