İDMAN


London derbisindən "Arsenal" qalib ayrılıb

Bakı, 20 yanvar, Nicat Məmmədov, AZƏRTAC

Yanvarın 19-da İngiltərə Premyer Liqasında 23-cü turun mərkəzi qarşılaşması oynanılıb.

AZƏRTAC verir ki, "Arsenal" "Emirates" stadionunda "Çelsi" komandasını qəbul edib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. "Arsenal"ın heyətində Aleksandr Lakazet (14) və Loran Kesyelini (39) fərqləniblər. Bu qələbə sayəsində "Arsenal" xallarını 44-ə çatdıraraq beşinci yerdəki yerini möhkəmlədib. "Çelsi" isə 47 xalla dördüncü yerdə qərarlaşıb.

Növbəti turda yanvarın 29-da "Arsenal" doğma azarkeşlər önündə "Kardif Siti"ni qəbul edəcək, "Çelsi" isə səfərdə "Bormunt" komandasının qonağı olacaq.

Qeyd edək ki, 23-cü tura yanvarın 20-də "Haddersfild" - "Mançester Siti" və "Fulhem" - "Tottenhem" oyunları ilə yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.