Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Lütfi Zadə - qeyri-səlis məntiq nəzəriyyəsi ilə elmdə inqilab edən azərbaycanlı alim

Bakı, 4 fevral, AZƏRTAC

Fevralın 4-də dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin anadan olmasının 97 illiyi tamam olur.

Lütfi Zadə (Lütfəli Rəhim oğlu Ələsgərzadə) 1921-ci il fevralın 4-də Bakıda anadan olub. On yaşında ikən ailəsi Bakını tərk edərək Tehrana köçüb. Orta təhsilini İranın paytaxtındakı Amerika kollecində tamamladıqdan sonra Tehran Universitetinin elektrik mühəndisliyi fakültəsinə daxil olub. Böyük alimin Amerika həyatı isə 1944-cü ildən, 23 yaşında başlanıb.

O, Tehranda kollecdə təhsil alarkən Amerika elmi və mədəniyyəti barədə müəyyən təsəvvürə malik idi. Elə buna görə də dünyanın bu fövqəl ölkəsinə, onun məşhur universitetlərində təhsil almağa can atırdı. Bunun həm də obyektiv səbəbləri vardı. Həmin dövrdə İran onun elm sahəsində maraqlarını təmin edən əlverişli yer deyildi. Odur ki, 1944-cü ildə arzularının arxasınca Amerika Birləşmiş Ştatlarına üz tutdu. Nəyə görə Amerikanı seçdiyi barədə sualı cavablandıran Lütfi Zadə deyirdi: “Mən Bakıda olanda bu barədə heç vaxt düşünmürdüm. Bakını tərk edib İranda Amerika kollecində təhsil alanda isə ancaq Amerikada olmaq barədə fikirləşmişəm. Mən Amerikanı çox sevirəm. Yenə də demək istəyirəm ki, bu ölkəyə mənə verdiyi bütün imkanlara görə minnətdaram. Başqa heç bir ölkədə bunlara nail ola bilməzdim”.

Lütfi Zadəni cəsarətlə fenomen adlandırmaq olar. Bəşər tarixində, xüsusən son yüz ildə kəşf və nəzəriyyələri dünyaya səs salan, elmdə inqilabi dəyişikliklərə imza atan onun kimi alimlər çox deyil.

İyirminci yüzilliyin 60-cı illərində dünya elmində yeni bir inqilab baş verdi. 1965-ci ildə qeyri-səlis məntiq nəzəriyyəsi meydana gəldi. Bununla da kibernetika ilə bağlı bütün təsəvvürlər dəyişdi. Yeni nəzəriyyə kosmik peyklərdə, Yerin və kainatın öyrənilməsində, qeyri-müəyyən obyektlərin araşdırılmasında mühüm rol oynamağa başladı. O, müasir sənayenin bütün sahələrində, intellektual robotlarda, maşınqayırmada uğurla tətbiq edilirdi. Dünyaya səs salan bu nəzəriyyənin müəllifi azərbaycanlı alim Lütfi Zadə idi. Onun altı mühüm nəzəriyyəsi hazırda elm və istehsalatda geniş tətbiq olunur, bütün dünya böyük iqtisadi səmərə gətirən bu nəzəriyyələrdən bəhrələnir. Lütfi Zadə “Təəssüratlar nəzəriyyəsi”, “Sistemlər nəzəriyyəsi”, “Sözlə işləyən kompüter nəzəriyyəsi”, “Optimal süzgəclər nəzəriyyəsi” kimi elmi kəşflərin də müəllifidir. O, alman alimi Maks Plankdan sonra dünyada ikinci alimdir ki, sağlığında həm özünün, həm də nəzəriyyəsinin adını daşıyan elmi mərkəzlər yaradılıb - Lütfi Zadə irsi və Süni İntellekt Assosiasiyası, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyası. Bu dahi insan Berkli Universitetinin ömürlük professoru seçilmiş yeganə şəxs idi.

Alimin vəziyyətlər fəzası, dinamik sistemlərin idarə və müşahidəolunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. ABŞ Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və həyata keçirir. Berkli Universitetində onlarla dünya şöhrətli alim dərs deyib, öz elmi araşdırmaları və kəşfləri ilə bəşər elmini zənginləşdirib. Professor Lütfi Zadə 1959-cu ildən bu məşhur universitetdə çalışmağa başlayıb. Əvvəllər elektrik mühəndisliyi kafedrasının müdiri, daha sonra isə kompüter mərkəzinin direktoru olub. Özünün qeyri-səlis məntiq nəzəriyyəsini də burada işləyərkən irəli sürüb. Uzun illər ABŞ elmi ictimaiyyəti tərəfindən qəbul edilməyən bu nəzəriyyə 1980-ci illərdə yapon alimlərində böyük maraq doğurub və Yaponiyada texnika və texnologiyanın inkişafına güclü təkan verib. Hazırda Yaponiyanın və Amerikanın bir sıra tanınmış şirkətləri professor Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsindən bəhrələnərək böyük gəlir götürürlər. “Mitsubishi“, “Toshiba“, “Sony“, “Canon“, “Sanyo“, “Nissan“, “Honda” və digər böyük şirkətlər qeyri-səlis məntiq texnologiyasından foto və videokameralar, paltaryuyan maşınlar, vakuum kimyəvi təmizləyiciləri istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər. Təsadüfi deyil ki, Lütfi Zadə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedə uğurla tətbiqinə görə Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafat - “Honda” mükafatı ilə təltif olunub.

Dünyanın bir çox tanınmış alimləri Lütfi Zadənin tədqiqatlarından, xüsusən də qeyri-səlis çoxluqlar nəzəriyyəsindən bəhrələndiklərini etiraf edir və onun haqqında çox yüksək fikirlər söyləyirlər. ABŞ professoru Ronald Yaqer: “İlk dəfə Lütfi Zadə tərəfindən tətbiq edilmiş qeyri-səlis çoxluqlar insan kimi qərarlar qəbul etmək qabiliyyətinə malik süni intellektli sistemlər yaradılması üçün çox mühüm vasitəni təmin edir. Bu, intellektdə informasiyanın bərpası üçün çox vacibdir. 1965-ci ildən etibarən Lütfi Zadə çox uğurla işləyir, öz ideyalarını inadla və məqsədyönlü şəkildə həyata keçirirdi. Bunun nəticəsi olaraq hazırda biz onun ideyalarının və işlərinin bəhrələrindən faydalanırıq”.

Kanadalı professor Burhan Türksən: “Lütfi Zadəni dünyanın tanınmış alimləri arasında son zamanlarda elm aləminə ən çox təsir göstərən alimlərdən biri olaraq tanıyırıq. Elm dünyasına müxtəlif vaxtlarda töhfələri olmuş bir çox alim var. Lakin bunların arasında Lütfi Zadənin xüsusi yeri var”.

Berkli Universitetinin professoru Stüart Rassel: “O, həmişə tənqidi tərif (kompliment) kimi qəbul edirdi. Bu, o deməkdir ki, insanlar onun nə söyləmək istədiyini anlayırdılar”.

Kanadalı professor Madan Qupta: “Professor Lütfi Zadə qeyri-səlis məntiqin atasıdır. Onun bu sahə ilə əlaqədar ilk elmi məqaləsi 1965-ci ildə çap edilib. Mən inam və cəsarətlə deyə bilərəm ki, o, mənim müəllimim olub”.

Bir çox ölkələrin akademiyalarının, o cümlədən ABŞ Milli Mühəndislik Akademiyasının və Rusiya Təbiət Elmləri Akademiyasının üzvü olan professor Lütfi Zadə mötəbər beynəlxalq cəmiyyətlərin, qurumların və fondların mükafatlarına layiq görülmüş, onlarla ölkənin nüfuzlu universitetinin fəxri doktoru seçilmişdi.

Lütfi Zadənin şəxsi keyfiyyətlərindən danışanlar onu, ilk növbədə, dahi alim və şəxsiyyət kimi səciyyələndirirlər. O, təbiətcə çox təmkinli, həddən-ziyadə təvazökar və yaxşılıq etməkdən zövq alan səmimi insan idi. Professor Lütfi Zadənin rəhbəri olduğu laboratoriyanın mindən çox əməkdaşı var. Azərbaycanda da bu sahədə elmi-tədqiqat işləri aparan alimlər az deyil. Müxtəlif ölkələrdən olan elm adamları görkəmli alimin yaratdığı laboratoriyada çalışır, elmi-tədqiqat işləri aparırlar. Böyük alim və sadə insan olan dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə ilə işləmək onun ətrafındakılar üçün sonsuz qürur və şərəf idi.

Gördüyü işlər sayəsində Lütfi Zadə özü ilə yanaşı, vətəni Azərbaycanın da adını yüksəklərə qaldırıb. Sevindirici haldır ki, Azərbaycanda da Lütfi Zadənin elmi irsinə müraciət edən alimlərin sayı gündən-günə artır. Bir çox dissertasiya işləri müdafiə edilir, monoqrafiyalar, məqalələr yazılır, konfranslarda bu mövzuda dinlənilən məruzələr nüfuzlu jurnallarda dərc olunur. Həm Azərbaycanda, həm də ABŞ-da Lütfi Zadənin irsinə həsr olunmuş silsilə beynəlxalq konfranslar keçirilir.

1998-ci ildə Azərbaycanda Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyası yaradılıb. Bu qurum 2014-cü ildən Lütfi Zadə adına Beynəlxalq Elmlər Akademiyası adı altında fəaliyyətini davam etdirir.

Öz milli mənsubiyyəti ilə fəxr edən görkəmli alim Azərbaycanın inkişafını daim izləyir, uğurlarına qəlbən sevinirdi. Azərbaycan Prezidentinin ölkənin xoşbəxt gələcəyinə yönəlmiş fəaliyyətini yüksək qiymətləndirən, ona böyük ümidlər bəsləyən Lütfi Zadə deyirdi: “Prezident İlham Əliyev çox savadlı və müdrik insandır. Onun qəlbi Azərbaycanın mənafeləri ilə döyünür. Azərbaycanın müstəqil siyasət yeritməsi məni sevindirir”.

Prezident İlham Əliyev 2011-ci il 7 fevral tarixli Sərəncamı ilə Lütfi Zadəni “Dostluq” ordeni ilə təltif edib. Bu orden ona elm və texnologiyaların inkişafına verdiyi töhfələrlə mədəniyyətlərarası dialoqun qurulmasında göstərdiyi xidmətlərinə görə verilib. Dünya şöhrətli alim üçrəngli bayrağımızın rəmzi olan ordeni sinəsində fəxrlə, böyük qürur hissi ilə gəzdirirdi. Sanki sinəsi üstündə Vətən torpağının bir parçasını daşıyırdı...

Görkəmli alim uşaq yaddaşında Bakı ilə bağlı ilişib qalmış xatirələri tez-tez dilə gətirirdi: “Bakı bulvarını xatırlayıram. Hamı orada gəzməyi xoşlayırdı. Mən 1965-ci ildə Bakıda olarkən adamların ciddi dəyişdiyini gördüm. Əvvəllər xoşuma gələn yerləri yaddaşımda bərpa edib canlandırdım. Hətta mən Buzovna çimərliyini də xatırlayıram. Bir sözlə, Bakı ilə əlaqədar yaddaşımda çox yaxşı xatirələr qalıb. Bakı ürəyimdə xüsusi yer tutur”.

O, sonuncu dəfə Bakıya 2008-ci ilin noyabrında “BakuTel” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransında iştirak etmək üçün gəlmişdi. Səfər zamanı alim Prezident İlham Əliyev tərəfindən qəbul edilmişdi. Lütfi Zadə bundan əvvəl Bakıda 1965-ci ildə olmuşdu. Ötən 43 ildə burada baş verən dəyişikliklər onda böyük təəssürat yaratmışdı. Bu barədə danışarkən deyirdi ki, Azərbaycan hər cəhətdən irəli gedib, Bakıda böyük abadlıq və quruculuq işləri aparılıb, elm və mədəniyyət yüksək səviyyədə inkişaf edib. Görkəmli alim bütün bu nailiyyətləri Prezident İlham Əliyevin respublikada elmə və mədəniyyətə göstərdiyi diqqət və qayğının təzahürü kimi dəyərləndirir, dövlətimizin başçısı ilə görüşündən hədsiz məmnun qaldığını vurğulayırdı.

Həmin səfərlə bağlı təəssüratlarını bölüşən alim müsahibələrindən birində deyirdi: “Azərbaycan mənim vətənimdir. Gözəl ölkədir. Bakı gözəl şəhərdir. 2008-ci ilin noyabrında Azərbaycanda olmuşam. Azərbaycan neftə görə başqa ölkələrdən daha zəngindir. Buna görə də Azərbaycanın vəziyyəti başqalarından daha yaxşıdır. Mən Prezident İlham Əliyev ilə görüşdüm və o, mənə çox yaxşı təsir bağışladı. Belə insanların ölkəni gələcəyə apara biləcək insanlar olduğunu düşünürəm”.

Görkəmli alim 2016-cı ilin dekabrında Prezident İlham Əliyevə ünvanlandığı məktubda yazırdı: “...Azərbaycan və Azərbaycan xalqı qəlbimin ən isti hissəsindədir. Azərbaycanı mədəniyyətə, elmə, incəsənətə və ədəbiyyata dərin hörmət bəslənilən bir ölkəyə çevirmək üçün Sizin göstərdiyiniz təşəbbüslərdən və gördüyünüz işlərdən olduqca məmnunam. Sizin kimi bir lideri olduğu üçün Azərbaycan çox şanslıdır”.

Dünya şöhrətli azərbaycanlı alimin 90 illik yubileyi yeddi il əvvəl Bakıda böyük təntənə ilə qeyd olunmuşdu. Bu gün isə Lütfi Zadə aramızda yoxdur. Böyük alim 2017-ci il sentyabrın 6-da Kaliforniyada vəfat edib. Doğma vətəni Azərbaycanda dəfn olunmaq vəsiyyəti nəzərə alınaraq nəşi Bakıya gətirilib və birinci Fəxri xiyabanda torpağa tapşırılıb.

Onun ölümü həm dünya elmi, həm də Azərbaycan üçün böyük itkidir. Bu itkinin yerini həmyerlimizin dünya elminə verdiyi misilsiz töhfələr, onunla bağlı işıqlı xatirələr doldurur. O, doğrudan da, əbədiyaşarlıq qazanıb, xalqımızın fəxridir və bununla qürur duyuruq ki, böyük alim, dünya şöhrətli Lütfi Zadə bizim həmyerlimizdir, azərbaycanlıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

DSMF: fərdi uşot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yaylmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB VİDEO

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb VİDEO