ELM VƏ TƏHSİL
MARS SUYU DUZLU OLAN DƏNİZLƏR PLANETİDİR
Agentliyin mütəxəssisləri hələ bu ayın əvvəllərində açıqlamışdılar ki, Opportunitu marsoxodu əvvəllər Marsda suyun mövcudluğunun əlamətlərini aşkar etmişdir, lakin bunların yeraltı, yoxsa, yerüstü sular olduğu məlum deyildir. Yeni tədqiqatlar göstərir ki, orada dəniz suyunu xatırladan su hövzələri olmuşdur. Onların dərinliyi ən azı 10 santimetr idi.
Tədqiq edilən süxur girintili-çıxıntılı struktura malik idi və orada xeyli duz yığılmışdı. Bu, belə nəticəyə gəlməyə əsas verir ki, süxur suda formalaşmışdır.
Eyni zamanda, məlum olmuşdur ki, Qırmızı planetdə vaxtilə daha isti və rütubətli yerlər və bu yerlərdə, çox guman, hansı şəkildəsə, həyat mövcud olmuşdur.
NASA alimləri bu su hövzələrini dəniz adlandırsalar da, orada nə qədər su kütləsi olduğu hələlik dəqiq məlum deyildir. Həmin hövzənin mütəmadi olaraq su dolan duz səhrası sahəsi olması da istisna edilmir.