İQTİSADİYYAT
MASALLIDA SEMİNAR-MÜŞAVİRƏ
Masallı da Azərbaycan Marketinq Cəmiyyəti Dünya Bankının Kənd təsərrüfatında özəl Bölmənin İnkişafına Yardım Agentliyinin Masallı regional məsləhət mərkəzi nəzdində fəaliyyət göstərən “Aqro-Məsləhət” qeyri-hökumət təşkilatı ilə birlikdə “Aztəminatlı sahibkarların bazardan faydalanma vəziyyəti barədə iş aparılması” mövzusunda seminar-müşavirə keçirmişdir.
Bələdiyyələrin, fermerlərin, torpaq mülkiyyətçilərinin və mütəxəssislərin iştirak etdiyi müşavirədə istehsal olunmuş məhsulların respublika daxilində bazarlara çıxarılması, bazarların tələb və təklifləri əsasında istehsalın əsas istiqamətlərinin müəyyənləşdirilməsi, bazarın dövlət və qeyri-dövlət orqanları tərəfindən qorunması, inflyasiyanın qarşısının alınması və kənd təsərrüfatı məhsullarının emalı məsələləri geniş müzakirə olunmuşdur.