İQTİSADİYYAT


MDB Ticarət-Sənaye palataları Rəhbərləri Şurasının 18-ci onlayn iclasında Azərbaycan da iştirak edib

Daşkənd, 9 sentyabr, AZƏRTAC

Daşkənddə Müstəqil Dövlətlər Birliyi (MDB) Ticarət-Sənaye Palataları Rəhbərləri Şurasının 18-ci onlayn iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasa MDB Ticarət-Sənaye Palatalarının rəhbərləri qatılıb.

Tədbirdə ölkəmizi Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Niyaz Əlizadə, fəxri qonaq qismində isə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasının prezidenti Məmməd Musayev iştirak ediblər.

MDB İcraiyyə Komitəsinin sədri, icraçı katib Sergey Lebedev, bu il şuraya sədrlik edən Özbəkistan nümayəndəsi, bu ölkənin Ticarət-Sənaye Palatasının sədri Adxam İkramov iclas iştirakçılarını salamlayıb, MDB çərçivəsində əlaqələrin daha da genişləndirilməsinin vacibliyinə toxunublar.

N.Əlizadə pandemiya ilə bağlı Azərbaycanda karantin rejiminin tətbiq edildiyi, bununla bağlı ölkə iqtisadiyyatında yaranan durğunluq haqqında söhbət açıb, MDB çərçivəsində əməkdaşlığın inkişafı məsələlərinə toxunub. O, Azərbaycanla Özbəkistan arasında əlaqələrin daha da inkişafının vacibliyindən danışıb.

Sonra MDB-nin üzvü olan digər ölkələrin nümayəndələri əməkdaşlıq məsələləri haqqında söhbət açıblar.

M.Musayev isə MDB çərçivəsində ikitərəfli əlaqələrin inkişafı, Azərbaycanla Özbəkistanın həyata keçirəcəkləri birgə layihələr haqqında məlumat verib.

Sonra iclasın yekun sənədi imzalanıb.

Tədbirdə müşahidəçi kimi Azərbaycanın Özbəkistandakı səfirliyinin konsulu İlqar İbrahimov da iştirak edib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.