DÜNYA
MİKİS TEODORAKİSİN SƏHHƏTİ NARAHATLIQ DOĞURMUR
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, dünya şöhrətli yunan bəstəkarı və dirijoru Mikis Teodorakis Afinanın “Evangelizmos” hospitalının reanimasiyasındadır. Onun vəziyyəti yaxşılaşır, hələ bir neçə gün reanimasiyada qalmalıdır.
79 yaşlı Teodorakis avqustun 4-də yüksək temperaturla və huşsuz halda xəstəxanaya gətirilmişdir. Həkimlər onun infeksiyadan əziyyət çəkdiyi barədə diaqnoz qoymuş və antibiotiklərlə müalicə etməyə başlamışlar.
Yunanıstan rəhbərliyi və siyasi partiyaların liderləri Olimpiya oyunları çərçivəsində bir çox mədəni proqramlarda iştirak etməli olan Teodorakisə tezliklə sağalmağı arzulamışlar.
Mikis Teodorakis İkinci Dünya müharibəsi illərində Müqavimət hərəkatının iştirakçısı olmuşdur. O, bir çox populyar operaların, baletlərin, oratoriyaların, simfonik əsərlərin, mahnı və rəqslərin, kinofilmlərə musiqinin, musiqişünaslığa dair əsərlərin müəllifidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [16:05]
Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində bir nəfər ölüb VİDEO
- 10.05.2024 [15:51]
Çadın hərbi lideri Debi İtno mübahisəli seçkilərin qalibi elan edilib
- 10.05.2024 [14:51]
Qazaxıstan və Niderland arasında doqquz kommersiya sazişi imzalanıb
- 10.05.2024 [14:44]
Ukrayna ordusuna 20 minədək məhbus səfərbər edilə bilər
- 10.05.2024 [14:13]