İQTİSADİYYAT


MİSİRDƏ XOCALI SOYQIRIMINA HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLMİŞDİR

Ölkəmizin Misir Ərəb Respublikasındakı (MƏR) səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, səfirlik XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımının 14-cü ildönümü ilə bağlı bir sıra tədbirlər keçirmişdir. Səfirlikdə erməni silahlı qüvvələrinin Azəbaycan xalqına qarşı törətdiyi cinayətləri əks etdirən foto-stend təşkil edilmişdir. Xüsusi mətbuat məlumatı və “Məhv edilmiş şəhər” filminin ərəb dilində DVD-ləri Misirin Xarici İşlər Nazirliyinə, Ərəb Dövlətləri Liqasına, Misirdə akkreditə olunmuş səfirliklərə və beynəlxalq təşkilatlara göndərilmişdir.

Fevralın 26-da səfirlikdə Xocalı faciəsi ilə bağlı keçirilən tədbirdə MƏR-in Xarici İşlər Nazirliyinin, Avrasiya Yazıçıları İttifaqının nümayəndələri, ölkədə geniş oxucu kütləsinə malik “Əl-Əhram”, “Əl-Cumhuriyyə”, “Əl-Vafd”, “Əl-Əxbar”, “Əl-Siyasi Əl-Masri”, “Əl-Diplomasi Əl-Dauli” qəzetlərinin, “Əş-Şərq Əl-Ausat” Xəbərlər Agentliyinin və “Əl-Vatan Əl-Arabi” jurnalının müxbirləri, bir sıra səfirliklərin təmsilçiləri, həmçinin Misirdə təhsil alan və yaşayan həmvətənlərimiz iştirak etmişlər.

Səfir Faiq Bağırov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri və keçmiş sovetlər birliyinin 366-cı motoatacı alayının şəxsi heyəti tərəfindən Xocalının tamamilə dağıdılması və dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi barədə danışmışdır.

Misirin Ayn Şəms Universitetinin tələbəsi Mirdavud Sultanov Xocalı soyqırımının ağır nəticələri və beynəlxalq təşkilatların münaqişə ilə əlaqədar qəbul etdiyi qərarlar barədə məlumat vermiş, “Məhv edilmiş şəhər” filmi nümayiş etdirilmişdir.

Səfir F.Bağırov tədbir iştirakçılarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun səbəbləri, xalqımıza qarşı törədilmiş digər cinayətlər, habelə Azərbaycan Prezidenti İlham Əliyevin münaqişənin sülh yolu ilə həlli istiqamətində yürütdüyü siyasət barədə çoxsaylı suallarına cavab vermişdir.

Sonda Xocalı soyqırımının 14-cü ildönümü ilə əlaqədar mətbuat məlumatı, “Armenian Deception”, “Historical Facts of Armenians Actions in Azerbaijan Land”, “Genoside”, “Mountainous Garabagh”, “Armenian Terror” kitabları, Xocalı faciəsinə həsr edilmiş “Diplomatiya aləmi” jurnalının və “Məhv edilmiş şəhər” filminin nüsxələri tədbir iştirakçılarına paylanmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.