MƏDƏNİYYƏT


Macarıstanda məşhur blokbasterlərin müəllifi vəfat edib

Budapeşt, 21 yanvar, AZƏRTAC

Məşhur kinoprodüser Endryu Vayna ömrünün 75-ci ilində uzunsürən xəstəlikdən sonra Budapeştdə vəfat edib. Endryu Vaynanın Mario Kassarla bünövrəsini birgə qoyduğu “Carolco Pictures” şirkəti “Rembo” trilogiyası, “Terminator” seriyasından iki film, “Çətin adam”, “Mələyin ürəyi” ekran əsərlərinə imza atıb.

AZƏRTAC xəbər verir ki, 1944-cü ildə Macarıstanın paytaxtında doğulan E.Vayna 1956-cı ildə əvvəlcə Kanadaya, sonra isə Amerika Birləşmiş Ştatlarına mühacirət edib. O, burada Kaliforniya Universitetini bitirib.

Şərqi Avropada kommunizm ideologiyasının iflasa uğramasından sonra E.Vayna tarixi vətəninə qayıdaraq burada “Intercom”u – Macarıstanın iri kino və DVD-distribüterini yaradaraq ona rəhbərlik edib. Ölkənin Baş naziri Viktor Orbanın məsləkdaşı olan E.Vayna ölkənin kino sənayesi məsələləri üzrə hökumət komissarı vəzifəsində çalışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.