DÜNYA
Malidə Fransa hərbi qulluqçusu həlak olub
Bakı, 23 yanvar, AZƏRTAC
Malidə “Barxan” əməliyyatında iştirak edən Fransa hərbi qulluqçusu bazanın atəşə tutulması zamanı həlak olub, daha 9 nəfər fransalı hərbçi yaralanıb.
AZƏRTAC Fransa KİV-inə istinadla xəbər verir ki, bu barədə bazar günü Yelisey sarayının mətbuat xidməti məlumat yayıb. Məlumata əsasən, 54-cü artilleriya polkunun hərbi qulluqçusu kapral Anri Marten Fransanın Qaoda yerləşən hərbi bazasının minomyot atəşinə tutulması nəticəsində həyatını itirib. O, son səkkiz ildə Saxelya zonasında həlak olan 53-cü Fransa hərbi qulluqçusudur.
2014-cü ilin avqustunda Fransa Mali, Burkino-Faso, Mavritanya, Niger və Çadda islamçı qruplara qarşı mübarizə məqsədilə “Barxan” adlı hərbi əməliyyata başlayıb. Fransa Silahlı Qüvvələr Nazirliyinin məlumatına görə, hazırkı kampaniyaya 5 mindən çox hərbçi cəlb edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [14:51]
Qazaxıstan və Niderland arasında doqquz kommersiya sazişi imzalanıb
- 10.05.2024 [14:44]
Ukrayna ordusuna 20 minədək məhbus səfərbər edilə bilər
- 10.05.2024 [14:13]
Ukrayna F-16 qırıcısı üçün ilk uçuş simulyatorunu alıb
- 10.05.2024 [13:26]
Nigeriyada naməlum silahlılar tələbələri girov götürüblər
- 10.05.2024 [12:55]