İQTİSADİYYAT


Mamuka Baxtadze: Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu layihəsi qlobal əhəmiyyətə malikdir

Tbilisi, 16 may, AZƏRTAC

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu layihəsi təkcə bizim dövlətlərin iqtisadi inkişafında deyil, dünya iqtisadiyyatında da böyük imkanlar yaradacaq.

Gürcüstan hökuməti dəftərxanasından AZƏRTAC-a bildiriblər ki, bu fikirləri Baş Nazir Mamuka Baxtadze Nur-Sultan şəhərində keçirilən iqtisadi forumda səsləndirib.

Hökumət başçısı deyib ki, ölkəsi “Bir yol, bir kəmər” təşəbbüsünə qoşulan ilk ölkələrdən biri olub və tarixi İpək yolunun bərpası təşəbbüsünün ayrılmaz hissəsidir.

Onun sözlərinə görə, birgə həyata keçirilən nəqliyyat, infrastruktur və logistik layihələr region dövlətlərinin iqtisadi imkanlarını və əhəmiyyətini daha da artırır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.