REGİONLAR


Masallıda heyvandarlıq məhsullarının istehsalı artıb

Masallı, 13 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Son illər Masallı rayonunda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər, mal-qaranın baş sayının çoxalması heyvandarlıq məhsullarının istehsalının artmasına səbəb olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il Masallıda süd istehsalı 13,5 ton artaraq 27 min 34,8 tona, ət istehsalı 24,9 ton artaraq 3257,8 tona, yumurta istehsalı 2 milyon 635 min ədəd artaraq 38 milyon 111 min ədədə çatdırılıb.

Bu dövrdə rayonda iribuynuzlu mal-qaranın sayı 260 baş artaraq 71 min 908, davarların sayı isə 318 baş artaraq 85 min 739 baş təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.