DÜNYA


Maya Sandu: Moldovada normal idarəçilik üçün növbədənkənar parlament seçkilərinin keçirilməsi labüddür

Kişineu, 30 aprel, AZƏRTAC

Moldova Prezidenti Maya Sandu ölkədə normal idarəçilik üçün növbədənkənar parlament seçkilərin keçirilməsini vacib sayır.

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, Maya Sandunun sözlərinə görə, Moldovada parlament seçkiləri nə qədər tez keçirilsə, ölkədə sabitlik o qədər tez bərpa olunar, yeni hökumət xalq üçün norma fəaliyyəti həyata keçirər.

“Seçkilərə hazırlıq qanunla müəyyən olunmuş vaxtda başladı. Eyni zamanda, ölkədəki xaos vəziyyətinə son qoymaq niyyətindəyik”, - deyə Sandu əlavə edib.

Qeyd edək ki, Maya Sandu ölkə parlamentini buraxaraq Moldovada iyulun 11-də növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə qərar verib.

 

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.