ELM VƏ TƏHSİL


Mədəniyyət və İncəsənət Universiteti doktorantların və gənc tədqiqatçıların XXIV respublika konfransında təmsil olunub

Bakı, 24 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) doktorantların və gənc tədqiqatçıların XXIV respublika elmi konfransında təmsil olunub.

Bu barədə AZƏRTAC-a ADMİU-dan məlumat verilib. Bildirilib ki, tədbirdə universitetin kafedra müdiri Xalq artisti Teyyub Aslanovun iştirakı ilə müəllim və tələbələrin ifasında ədəbi-bədii kompozisiya göstərilib.

ADMİU-nun Geyim dizaynı kafedrasının baş müəllimi Nəzakət Əhmədovanın təqdimatında tələbələr Nizami Gəncəvinin “Yeddi gözəl” poemasında qeyd olunan ölkələrin geyimlərini nümayiş etdiriblər.

Bədii hissədə, həmçinin Teatr sənəti fakültəsinin III kurs tələbələri Cavid Babayev və Sabirə Abdullayeva Nizami Gəncəvinin qəzəllərini səsləndiriblər. ADMİU-nun Rəssamlıq, Teatr sənəti və Musiqi sənəti fakültələrinin birgə hazırladıqları ədəbi-bədii kompozisiyalar iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Tədbirdə ADMİU-nun rektoru professor Ceyran Mahmudova da iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.