SİYASƏT


Məhəmməd Bəşər Ərəfət: Bakı Sammiti din xadimlərinin öz təcrübələrini bölüşməsi baxımından əhəmiyyətli oldu

Bakı, 16 noyabr, AZƏRTAC

Müxtəlif dinlərin 600-dək nümayəndəsinin iştirakı ilə keçirilən Dünya dini liderlərinin II Bakı Sammitində iştirak etməkdən çox məmnun oldum. Düşünürəm ki, Amerikada, Avropada və dünyanın digər ölkələrində fəaliyyət göstərən din xadimlərinin aktual çağırışlar ətrafında müzakirələr aparması və öz təcrübələrini bölüşməsi məqsədilə belə mötəbər tədbirdə bir araya gəlməsi böyük əhəmiyyət kəsb edir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Dünya dini liderlərinin II Bakı Sammitinin iştirakçısı, Sivilizasiyalararası Mübadilə və Əməkdaşlıq Fondunun prezidenti Məhəmməd Bəşər Ərəfət jurnalistlərə müsahibəsində deyib.

Azərbaycanda ilk dəfə belə tədbirdə iştirak etdiyini bildirən Məhəmməd Bəşər Ərəfət belə sammitlərin yeni dostluq və əməkdaşlıq əlaqələrinin qurulmasına şərait yaratdığını qeyd edib. Vurğulayıb ki, bu da öz növbəsində, gələcəkdə digər ölkələrdə bu cür faydalı və əhəmiyyətli tədbirlərin keçirilməsinə zəmin yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.