Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Mehmet Seyfettin Erol: Prezident İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” ilə təltif olunması tarixi Zəfərə verilən yüksək qiymətdir

Mehmet Seyfettin Erol: Prezident İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” ilə təltif olunması tarixi Zəfərə verilən yüksək qiymətdir

Ankara, 13 noyabr, AZƏRTAC

Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) təsis ediləndən bəri təşkilatda fəal təşəbbüskar tərəf olub. Təşkilatın təsisçi üzvlərindən olması sayəsində Azərbaycan qurumun təməl prinsiplərinə və həyata keçirilən proseslərə hakimdir. Azərbaycan ötən iki ildə Türk Şurasına sədrlik edib, bu dövrdə həm COVID-19 pandemiyasına qarşı sistemli mübarizə aparıb, həm də İkinci Qarabağ savaşında böyük Zəfər qazanmaqla hər üç məsələdə fədakarlıq göstərərək istədiklərinə nail olub. Azərbaycan Prezidenti İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” ilə təltif olunması bütün bu işlərə, qazanılan tarixi Zəfərə verilən yüksək qiymətdir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Ankara Böhranlar və Siyasi Araşdırmalar Mərkəzinin (ANKASAM) sədri professor Mehmet Seyfettin Erol bildirib.

Türk Şurasına sədrliyi dövründə Azərbaycanın böyük uğurlar qazandığını, bu sırada Azərbaycan-Türkmənistan əlaqələrinin inkişafının xüsusi yer tutduğunu diqqətə çatdıran professor Mehmet Seyfettin Erol deyib: “Azərbaycan və Türkmənistan Xəzər dənizində “Dostluq” yatağı ilə bağlı tarixi razılığın əldə etdilər. Bu razılaşma Türkmənistan kimi mühüm və dəyərli tərəfin Türk Şurasına sıralarına cəlb olunması ilə nəticələndi. Azərbaycanın bu mövqeyi Türk Şurasının dostluq və sabitlik qurumu olduğunu və sülh bölgəsi yaratmağa çalışdığını dünyaya nümayiş etdirdi”.

“Qarabağ Zəfəri türk dünyasının birliyinə hansı təsiri göstərir”, - sualını geniş şəkildə şərh edən ANKASAM sədri deyib: “Qarabağ Zəfəri həm Azərbaycan, həm də türk dünyası üçün dönüş nöqtəsidir. Çünki 30 il davam edən ədalətsiz və hüquqsuz bir işğal sona çatıb. Bu çərçivədə Azərbaycan ərazi bütövlüyünü bərpa edərək beynəlxalq siyasətdəki imicini yüksəldib. Mübahisəsiz olaraq türk dünyasının ayrılmaz parçası olan Azərbaycanın qazandığı bu hərbi Zəfər bütün türk dünyasının Zəfərdir. Sonrakı mərhələdə siyasət meydanında və diplomatik danışıqlarda əldə olunan uğurlar bu Zəfəri daha da yüksəltdi. Bundan başqa, rəsmi Bakı İkinci Qarabağ savaşının nəticəsi olaraq imzalanan üçtərəfli Bəyanatla Azərbaycanın digər bölgələri ilə Naxçıvan arasında Zəngəzur dəhlizinin açılmasını Ermənistana qəbul etdirib. Zəngəzur dəhlizi isə sadəcə Azərbaycanın iki hissəsini bir-birinə bağlamayacaq, eyni zamanda, Türkiyə-Qafqaz-Orta Asiya coğrafiyasında birbaşa dəhliz olacaqdır. Beləliklə də, türk dünyası ölkələri bir-biriləri ilə birbaşa nəqliyyat əlaqələri quracaqlar. Bununla da Orta Asiya və digər Asiya ölkələri Avropa ilə Zəngəzur dəhlizi vasitəsilə birbaşa əlaqə qurmaqla türk dünyasının geosiyasi, geostrateji, və geoiqtisadi güclərini və əməkdaşlıq imkanlarını artıracaqlar. Azərbaycan vasitəsilə inteqrasiyaya cəlb olunan Türkmənistan həyata keçirilən dostluq və əməkdaşlıq siyasəti sayəsində Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində üzv olub. Bu da öz növbəsində Azərbaycanın Qarabağ savaşındakı haqlı Zəfərinin türk dünyasına bəxş etdiyi ən böyük uğurlardandır”.

Türkiyənin yeni adla fəaliyyətini davam etdirəcək Türk Dövlətləri Təşkilatına sədrliyi barədə danışan professor qeyd edib: “Türkiyə uzun illərdən bəridir ki, hakim olduğu vəzifələr nəticəsində beynəlxalq təşkilatlarda idarəetmə və məsuliyyətini yerinə yetirmək baxımından çox böyük təcrübə qazanıb. İndi Türkiyədən umulan üzv ölkələrin qəbul etdikləri qərarların uğurla həyata keçirilməsidir. Bunla bərabər, Türk Dövlətləri Təşkilatı çərçivəsində üzv ölkələr arasında iqtisadi, sosial, mədəni və elmi yaxınlaşmanın intensivləşdirilməsi arzu edilir. Türk dünyasının ortaq maraqları qarşılıqlı sayğı çərçivəsində hərəkət etmək və müştərək qərarların alınması deməkdir. Türkiyə bunu bacaracaq və həyata keçirəcək gücə malikdir. Türkiyəyə aid mühüm gözlənilənlərdən biri də türk dünyasının bir araya gəlməsidir. Əlbəttə, Şimali Kipr Türk Cümhuriyyətinin bu prosesdən kənarda qalması doğru olmaz. İstanbul Zirvəsində Şimali Kiprin türk dünyasının sözdə deyil, gerçəkdə bir parçası olması təsdiqlənib. Bu, son dərəcə mühüm amildir”.

Türkdilli dövlətləri qarşıda böyük inkişaf və perspektivlər gözlədiyinə əminliyini ifadə edən türkiyəli alim fikirlərini belə tamamlayıb: “Türk Dövlətləri Təşkilatı ortaq mədəniyyət və dəyərlər üzərində bir sülh, rifah və sabitlik bölgəsi yaratmağı qarşısına məqsəd qoyub. Bununla da Ankaranın, Avrasiyanın qəlbində Orta Asiyadan Qafqaza və Türkiyə qədər uzanan sülh, rifah və təhlükəsizlik coğrafiyasının inşa edilməsi gözlənilir. Xüsusilə Əfqanıstanda baş verənlər türk dünyasının təhlükəsizliyi və maraqları üçün böyük əhəmiyyət ortaya qoyur. Bu isə türk dünyası dövlətlərinin Türkiyəni dəstəkləməsi və həmrəylik halında olmaları halında gerçəkləşəcək”.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yaylmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB VİDEO

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb