CƏMİYYƏT
Məktəbli: Tur-aksiya çərçivəsində həm bölgəmizi gəzəcəyəm, həm də yeni dostlar qazanacağam
Bakı, 11 noyabr, AZƏRTAC
Biz cənub bölgələrinə səyahətə çıxırıq. Mən ilk dəfədir ki, Lənkəran rayonunda olacam. Tur-aksiya zamanı biz Lənkəranda Hirkan Milli Parkına, Xanbulan gölünə, çay plantasiyaları və sitrus meyvə bağlarına, Masallıda Viləşçay su anbarına, Astarada Yanar Bulağa, Astara çay fabrikinə gedəcəyik. Mən və bütün məktəblilər çox sevinirik. Çünki tur-aksiya zamanı görmədiyimiz yerləri gəzəcəyik və bilmədiklərimizi öyrənəcəyik. Buna görə dövlətimizin başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürümüzü bildiririk.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçısı, Nəsimi rayonu 8 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Sahibova Nuray deyib.
Məktəbli S.Nuray Bakıya qayıdanda təəssüratlarını dostları ilə bölüşəcəyini deyib. O, bu səfərin təkcə regionlarla tanışlıq deyil, səfər zamanı həmdə digər şagirdlər ilə dostluq əlaqələri qurmaq üçün yaxşı vasitə olduğunu qeyd edib.