ELM VƏ TƏHSİL


Memarlıq və İnşaat Universiteti təkrar ali təhsil üçün sənəd qəbulu elan edib

Bakı, 3 avqust, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universiteti təkrar ali təhsil (2-ci ali təhsil) üçün qəbul elan edib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, əlavə ixtisas təhsili əyani və qiyabi təhsil formalarında həyata keçirilir. Əlavə 2-ci ixtisas təhsili almaq üçün əvvəlki ali təhsili və ya hazırda (bir ildən az olmayaraq) işlədiyi vəzifəsi seçdiyi ixtisasa uyğun gələn şəxslər qəbul oluna bilərlər. Bu şərtlərin ödənilməsi təhsil müəssisəsində müsabiqə komissiyası tərəfindən müəyyən edilir.

Sənəd qəbulu avqustun 3-dən 31-dək yalnız onlayn formada http://kabinet.azmiu.eu ünvanı vasitəsilə aparılır.

Təkrar ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

- təhsil müəssisəsi rəhbərinin adına ərizə;

- ali təhsil haqqında sənədin (diplomun) surəti və qiymət kitabçasından çıxarış (diploma əlavə, 3 nüsxə);

- əmək kitabçasından çıxarış;

- iş yerindən xahişnamə-xasiyyətnamə;

- 4 ədəd 3x4 fotoşəkil;

- şəxsiyyət vəsiqəsinin surəti (3 nüsxə);

- sağlamlıq haqqında arayış.

Özəl və ya xarici ali məktəbləri bitirmiş məzunlar diplomlarının tanınması barədə sənəd təqdim etməlidirlər.

Əlavə ixtisas alanların təhsil xərclərinin miqdarı müvafiq ixtisas üzrə əyani formada təhsil alan bir tələbəyə sərf edilən illik ödənişindən az olmamaqla ali (orta ixtisas) təhsil müəssisəsinin özü tərəfindən müəyyən edilir və bütün təhsil müddəti ərzində sabit saxlanılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.