ELM VƏ TƏHSİL


Mərkəzi Elmi Kitabxanada ümummilli lider Heydər Əliyevə həsr olunan sərgi açılıb

Bakı, 10 may, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) ümummilli lider Heydər Əliyevin ölkəmizdə hakimiyyətə gəlməsinin 50 illik yubileyi və anadan olmasının 96-cı ildönümü münasibətilə sərgi təşkil edilib.

MEK-dən AZƏRTAC-a bildirilib ki, sərgidə nümayiş etdirilən kitablar haqqında məlumat kitabxananın elektron kataloqunda əks olunub. Sərgidə “Milli-mənəvi dəyərimiz”, “Üstün zəka”, “Heydər Əliyev və Azərbaycanda milli siyasət” (Hidayət Orucov), “Azərbaycanda aqrar islahatlar” (Qərib Məmmədov), “Millətin atası” (Hüseynağa Mirələmov), “Xilaskar” (Eldar Elduası), “Böyük öndər” (Eldar İsmayıl), “Heydər Əliyev və kinematoqraf” (Aydın Kazımzadə), “Heydər Əliyevin dil siyasəti” (Vilayət Əliyev), “Heydər Əliyev və Azərbaycan dövlətçiliyində qadın məsələsi” (Məlahət Həsənova), “Müdrikliyin zirvəsi” (Balayar Sadiq), “Heydər Əliyev və Azərbaycanda kitabxana işi” (Abuzər Xələfov), “Bir taledə iki ömür. Xatirələr və düşüncələr” (Teymur Yəhyayev), “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” və digər kitablar nümayiş olunur.

Kitablar e-formatda MEK-in Milli Rəqəmsal Yaddaş bazasında yerləşdirilib. Ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyəti haqqında MEK tərəfindən hazırlanmış videofilm kitabxananın oxucularına və ziyarətçilərinə gün ərzində nümayiş etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.