Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Milli Məclisin payız sessiyasında ilk plenar iclası keçirilib

Bakı, 30 sentyabr, AZƏRTAC

Sentyabrın 30-da Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında ilk plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri payız sessiyasını açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Parlamentin sədri deputatlara payız sessiyasının başlanması münasibəti ilə təbriklərini çatdırıb və səmərəli fəaliyyət arzulayıb.

Sonra Sahibə Qafarova xatırladıb ki, sentyabrın 13-də Ermənistan silahlı qüvvələri dövlət sərhədinin Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatlar törədiblər. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən tədbirlər nəticəsində bu təxribatların qarşısı qətiyyətlə alınıb, Ermənistan silahlı qüvvələri canlı qüvvə və hərbi texnika sarıdan böyük itkilərə məruz qoyulub, onların həmin bölgədəki əsas hərbi infrastrukturu darmadağın edilib.

Xüsusi qeyd edilib ki, baş vermiş təxribatlara və çoxsaylı itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Aydındır ki, Ermənistanın bu cür təxribatlarda əsas məqsədi sülh prosesini pozmaq, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərinə mane olmaqdır.

Sahibə Qafarova bildirib ki, dövlətimizin ərazi bütövlüyünə və suverenliyinə qarşı yönələn silahlı hücumun dəf edilməsi zamanı Azərbaycan Ordusunun şəxsi heyəti arasında da itkilər olub.

Sonra Milli Məclisin sədrinin təklifi ilə sentyabrın 13-də düşmən təxribatlarının qarşısının alınması zamanı, eləcə də Birinci və İkinci Qarabağ müharibələrində, digər döyüş əməliyyatlarında Vətən və xalq yolunda mübarizədə canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Parlamentin sədri şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə möhkəm cansağlığı, yaralı hərbçilərimizə isə şəfa diləyib.

Daha sonra Milli Məclisin sədri xatırladıb ki, sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncam imzalayıb.

Diqqətə çatdırılıb ki, Heydər Əliyev Azərbaycan xalqının yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycanın ən yeni tarixinin 35 ilə yaxın dövrü onun yorulmaz fəaliyyəti ilə bilavasitə bağlıdır. Məhz Ümummilli Liderimizin sayəsində xalqımız əvvəlcə dövlət müstəqilliyinin möhkəm təməlini yaradıb, sonra isə bu təməl üzərində qurulan müstəqil dövlətini qoruyub saxlaya və ardıcıl inkişaf yoluna çıxara bilib. Ulu Öndərin başladığı möhtəşəm işlər bu gün olun layiqli siyasi varisi İlham Əliyev tərəfindən dəyişən dövrün tələblərinə uyğun şəkildə yaradıcı surətdə davam etdirilir. Ulu öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirməklə Qarabağın 30 illik işğaldan azad edilməsi də bu dahi şəxsiyyətin xatirəsinə ən böyük ehtiramın təcəssümüdür.

Sahibə Qafarova vurğulayıb ki, 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi Ulu Öndərin misilsiz xidmətlərinə verilən yüksək dəyərin bariz ifadəsi kimi qiymətləndirilməlidir.

Sonra Milli Məclisin sədri diqqətə çatdırıb ki, bugünkü iclasın gündəliyinə 30 məsələ daxildir. İclasda Vətən müharibəsinin başlamasının ildönümü münasibətilə Milli Məclisin Bəyanatı da qəbul olunacaq. Sonra iclasın gündəliyi təsdiqlənib.

Gündəlikdəki məsələlərin müzakirəsinə başlamazdan əvvəl Sahibə Qafarova diqqətə çatdırıb ki, 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri qəhrəmanlıq tariximizə yeni şanlı səhifələr yazıblar. Döyüş meydanlarında şəhidlərin və qazilərin canı və qanı bahasına əldə edilən hərbi qələbə xalqımızın bu günü və gələcəyi ilə bağlı olan taleyüklü bir məsələnin həllini təmin etdi.

Həm tarixi, həm də hüquqi baxımdan Azərbaycana məxsus olan torpaqların 30 illik işğalına son qoyuldu, dünya nizamına və beynəlxalq qaydaya meydan oxuyan, regional təhlükəsizlik arxitekturası üçün daimi təhdid törədən erməni faşizminə sarsıdıcı zərbə endirildi.

Böyük Zəfərin Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatı ilə siyasi-diplomatik müstəvidə də təsbit edilməsi Cənubi Qafqazda geosiyasi vəziyyəti həmişəlik dəyişdirdi. Azərbaycan dövlətinin ərazi bütövlüyü təmin edildikdən sonra bölgədə sivil dövlətlərarası münasibətlər qurulması üçün real imkanlar yarandı. Artıq münaqişə tarixdə qalıb və Qafqazın bu bölgəsində müharibədən deyil, sülhdən danışmaq zamanıdır. Postmünaqişə dövrünün tələblərini düzgün qiymətləndirən Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması üçün, bildiyiniz kimi, 5 məlum prinsipi təklif edib.

Təəssüf ki, Ermənistan tərəfinin havadarlarına güvənərək sərgilədiyi məntiqsiz davranış və hərəkətlər onun Vətən müharibəsində aldığı dərsdən lazımi nəticələr çıxarmadığını, bölgədə sülh prosesinə hazır olmadığını, hələ də qisasçılıq niyyəti ilə yaşadığını göstərir. Lakin hamı bilməlidir ki, pozuculuq fəaliyyəti, vaxt uzatmaq taktikası Ermənistanın özü üçün ağır nəticələr törədəcəkdir.

Milli Məclisin sədri çıxışının sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözlərini xatırladıb. O bildirib ki, dövlət başçısı sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağını ucaldarkən demişdir: “Bu gün Ermənistan yaxşı fikirləşməlidir. Bizimlə heç kim ultimatum dili ilə danışa bilməz...

Mən bir daha demək istəyirəm ki, bizi heç kim və heç nə dayandıra bilməz. Biz haqqın, ədalətin, beynəlxalq hüququn tərəfdarıyıq və öz ərazi bütövlüyümüzü qoruyuruq, qorumuşuq, bərpa etmişik.

Bütün dünyaya göstərə bilmişik ki, nəyə qadirik, torpaqlarımızı güc yolu ilə azad etmişik və bununla fəxr edirik”.

Sonra deputat Soltan Məmmədov Azərbaycan xalqının Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatını səsləndirib.

Bəyanat səsə qoyularaq qəbul edilib.

İclasda parlamentin sədri Sahibə Qafarova bildirib ki, hər sessiyanın əvvəlində Milli Məclisin qanunvericilik işləri planı qəbul olunur və parlamentin fəaliyyəti həmin plan əsasında qurulur. Parlamentin sədri diqqətə çatdırıb ki, gündəliyin ikinci məsələsi Milli Məclisin 2022-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqındadır. O qeyd edib ki, plan 10 bənddən ibarətdir.

Milli Məclisin 2022-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında Milli Məclisin qərar layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli gündəliyin növbəti məsələsi - “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya Qanununu (ikinci səsvermə) təqdim edib. Bildirilib ki, təklif edilən dəyişiklik uyğunlaşdırma xarakteri daşıyır və "Media haqqında" Qanunun qüvvəyə minməsi ilə əlaqədardır. Dəyişikliyə əsasən, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununun 4.1.5-ci və 80.0.2.5-ci maddələrində “Milli Televiziya və Radio” sözləri “Azərbaycan Respublikası Audiovizual” sözləri ilə əvəz olunur.

Qanun layihəsi ikinci səsvermədə qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyin növbəti 6 məsələsi beynəlxalq sənədlərin təsdiq edilməsi haqqındadır. O qeyd edib ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə əsasən, bu qanun layihələri bir oxunuşda baxılıb qəbul ediləcək. Növbəti iki məsələ ölkə Prezidenti tərəfindən Milli Məclisə bir məktubla daxil olub.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov “Mülki və ya ticarət işləri üzrə məhkəmə və qeyri-məhkəmə sənədlərinin xaricdə təqdim edilməsi haqqında” Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi barədə məlumat verib. Bildirilib ki, adı çəkilən Konvensiya 1965-ci il noyabrın 15-də Haaqa şəhərində imzalanıb. Bu Konvensiya xaricdə təqdim ediləcək məhkəmə və qeyri-məhkəmə sənədlərinin ünvanlanan şəxsin nəzərinə vaxtında çatdırılmasını təmin etmək üçün müvafiq vasitələrin yaradılmasını, bu məqsəd üçün prosedurun sadələşdirilməsi və sürətləndirilməsi vasitəsilə qarşılıqlı məhkəmə yardımının təşkilinin təkmilləşdirilməsini nəzərdə tutur. Sözügedən Konvensiya məhkəmə və ya qeyri-məhkəmə sənədinin xaricdə təqdim edilməsi üçün göndərilməsi tələb olunan hallarda mülki və ya ticarət işləri üzrə bütün işlərdə tətbiq olunur.

Azərbaycan Respublikası Konvensiyaya müvafiq bəyanatla qoşulur. Bəyanatda Konvensiyanın müddəalarının münaqişənin nəticələri tamamilə aradan qaldırılana və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlər normallaşana qədər Azərbaycan Respublikası tərəfindən Ermənistan Respublikasına münasibətdə tətbiq edilməyəcəyi qeyd olunur.

Komitə sədri Səməd Seyidov Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin rəyini bildirdikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası haqqında” Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinə dair məlumatı diqqətə çatdırıb. Bildirilib ki, 2007-ci il noyabrın 23-də Haaqa şəhərində imzalanmış Konvensiya uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası üzrə dövlətlər arasında əməkdaşlığın təkmilləşdirməsini nəzərdə tutur. Konvensiyanın Azərbaycan Respublikasının müvafiq bəyanatları və qeyd-şərtləri ilə təsdiq edilməsi nəzərdə tutulur. Bəyanatda Konvensiyanın müddəalarının münaqişənin nəticələri tamamilə aradan qaldırılana və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlər normallaşana qədər Azərbaycan Respublikası tərəfindən Ermənistan Respublikasına münasibətdə tətbiq edilməyəcəyi qeyd olunur.

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov sənədlə bağlı bu komitələrin müsbət rəyini diqqətə çatdırıblar.

Komitə sədri Siyavuş Novruzov və deputat Aydın Hüseynov məsələ barədə bəzi qeydlərini söyləyiblər. Birinci vitse-spiker Əli Hüseynli səsləndirilən fikirlərə münasibət bildirib.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sahibə Qafarova qeyd edib ki, gündəliyin növbəti 4 məsələsi - 6-cı, 7-ci, 8-ci və 9-cu məsələlər Azərbaycanla Özbəkistan arasında hökumətlərarası sazişlərin təsdiq edilməsi ilə bağlıdır.

Sonra Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi ilə əlaqədar məlumat verib. Bildirilib ki, Saziş dövlətlərin ərazilərini tənzimlənən zərərli orqanizmlərin daxil olmasından qorumaq, həmçinin dövlətlər arasında məhsul dövriyyəsinin artmasına dəstək olmaq məqsədilə 21 iyun 2022-ci il tarixində Daşkənd şəhərində imzalanıb.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə danışıb. Bildirilib ki, Saziş 2022-ci il iyunun 21-də Daşkənd şəhərində imzalanıb. Sazişin imzalanmasında əsas məqsəd hərbi-texniki sahədə qarşılıqlı faydalı əməkdaşlığın həyata keçirilməsi, dərinləşdirilməsi, silah və hərbi texnika nümunələri ilə təchiz olunma sisteminin təkmilləşdirilməsi, hərbi təyinatlı məhsulların yaradılması, istehsalı, təmiri, modernləşdirilməsi sahəsində dəstək, tərəf dövlətlərin müdafiə qabiliyyətinin gücləndirilməsidir.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məzahir Əfəndiyev “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsindən bəhs edib. Bildirilib ki, sözügedən Sazişin müddəalarına uyğun olaraq, tərəflər dövlət sərhədinin müəyyən olunmuş buraxılış məntəqələrindən beynəlxalq avtomobil əlaqələri üçün açıq olan yollarla sərnişin və yük avtomobil daşımalarını, tranzitlə və üçüncü ölkəyə və ya ölkədən keçirilən yük daşımalarını tənzimləyəcəklər. Sazişin müddəalarının həyata keçirilməsi üzrə səlahiyyətli orqanlar Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Özbəkistan Respublikasının Nəqliyyat Nazirliyidir.

Məzahir Əfəndiyev, həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə məlumat verib. Diqqətə çatdırılıb ki, Sazişin müddəalarına uyğun olaraq, tərəflər sənaye mülkiyyəti obyektlərinə dair hüquqların mühafizəsi və istifadəsi ilə bağlı məsələlərin tənzimlənməsi, bu sahə üzrə qarşılıqlı fəaliyyət, sənaye mülkiyyətinin mühafizəsi sahəsində informasiya və təcrübə mübadiləsi və digər sahələr üzrə əməkdaşlıq edəcəklər.

Sonra Səməd Seyidov təqdim olunan 4 sənəd barədə fikirlərini açıqlayıb və rəhbərlik etdiyi Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin rəyini diqqətə çatdırıb.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

İclasda çıxış edən deputat Fəzail Ağamalı bu il avqustun 25-də 75 illik yubileyi münasibəti ilə onun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenlə təltif edildiyini bildirib. Fəzail Ağamalı ona verilən yüksək qiymətə görə ölkə başçısına minnətdarlığını ifadə edib.

Fəzail Ağamalı yubileyi münasibəti ilə ona ünvanlanmış təbrikə və xoş sözlərə görə Milli Məclisin sədri Sahibə Qafarovaya öz təşəkkürünü bildirib.

Sonra Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə - “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Bildirilib ki, 4 mart 2022-cil tarixli 492-VIQ nömrəli qanuna əsasən, Gəncə şəhərinin tərkibindəki Kəpəz və Nizami rayonları ləğv edilərək Gəncə şəhərinin tərkibinə birləşdirilib. Həmin qanunun icrası məqsədi ilə “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda müvafiq dəyişiklik təklif olunur.

Deputatlar Razi Nurullayev, Hikmət Məmmədov, Aydın Hüseynov bələdiyyələrin fəaliyyəti ilə bağlı bəzi qeydlərini bildiriblər. Komitə sədri Siyavuş Novruzov çıxışlarda qaldırılan məsələlərə aydınlıq gətirib.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Daha sonra iclasda birinci oxunuşda təqdim olunan qanun layihələrinə baxılıb.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) diqqətə çatdırıb. Qeyd edilib ki, sənəd "Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Prezidentinin 18 may 2021-ci il tarixli 1340 nömrəli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar hazırlanıb. Qanunun 6-cı maddəsinə təklif edilən dəyişikliyə əsasən, şəhidlərə və şəhid ailələrinə xərclənən vəsaitin mənbələrinin dairəsi konkretləşdirilərək artırılıb.

Komitə sədrləri Qənirə Paşayeva, Səməd Seyidov, deputatlar Razi Nurullayev, Etibar Əliyev, Sahib Alıyev, Musa Qasımlı, Elşad Mirbəşir oğlu, Ceyhun Məmmədov, Aqil Abbas, Sabir Rüstəmxanlı, Jalə Əliyeva, Məlahət İbrahimqızı məsələnin vacibliyini qeyd ediblər, şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində dövlət tərəfindən görülən işlərin əhəmiyyətindən, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıblar.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat verib. Bildirib ki, qanunun 7.2-ci maddəsinə təklif olunan əlavəyə görə, Milli Fəaliyyət Planı iştirakçılarının fəaliyyətinin əlaqələndirilməsi Milli Koordinator yanında ictimai əsaslarla fəaliyyət göstərən İşçi Qrup vasitəsilə həyata keçirilir. İşçi Qrupun tərkibi, təşkili və fəaliyyəti qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc sənədlə bağlı öz fikirlərini açıqlayıb və rəhbərlik etdiyi komitənin rəyini diqqətə çatdırıb.

Komitə sədri Hicran Hüseynova və deputat Etibar Əliyev də məsələyə münasibət bildiriblər.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (birinci oxunuş) diqqətə çatdırıb. Bildirib ki, layihə "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" 9 iyul 2021-ci il tarixli qanunun icrası ilə əlaqədar hazırlanıb və həmin qanunun pozulmasına görə inzibati məsuliyyəti müəyyən edir. Sənədə əsasən, müvafiq dəyişikliklər İnzibati Xətalar Məcəlləsinin 279-cu maddəsinin yalnız dispozisiyasına təklif edilir.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov məsələ barədə rəhbərlik etdiyi komitədə müsbət rəy verildiyini bildirib.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib. Bildirilib ki, Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən layihə cəzaçəkmə müəssisələrində, intizam xarakterli hərbi hissədə saxlanılan və ya müvəqqəti olaraq istintaq təcridxanalarına keçirilmiş məhkumlara videogörüşlər keçirmək hüququnun verilməsini, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə görüşlərə məhdudiyyət qoyulduğu hallarda məhkumun xahişi olduqda, qısa müddətli görüşlərin telefon danışıqları və ya videogörüşlərlə əvəz edilməsini nəzərdə tutur. Sənədə əsasən, videogörüşün keçirilməsi digər məhkumlardan təcrid olunmuş şəraitdə xüsusi otaqda təşkil olunur.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Sonra iclasda fasilə elan olunub.

Fasilədən sonra gündəlikdəki digər məsələlərə baxılıb.

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, növbəti 15-ci və 16-cı məsələlər ölkə Prezidenti tərəfindən Milli Məclisə bir məktubla daxil olub və mahiyyətcə bir-birinə yaxındır.

Bu məsələlər barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov məlumat verib. Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) ilə bağlı qeyd olunub ki, dəyişikliyə əsasən, qaçaqmalçılıq maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri olmadan, əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə əlli min manatdan yuxarı məbləğdə pul vəsaitlərinin köçürülməsi cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutur.

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) ilə bağlı bildirilib ki, sənəddə əlli min manatadək məbləğdə pul vəsaitlərinin Azərbaycandan xarici ölkələrə və ya xarici ölkələrdən Azərbaycana qanunsuz köçürülməsi inzibati məsuliyyətə cəlb edilməsini nəzərdə tutur.

Burada məqsəd Azərbaycandan xarici ölkələrə və ya xarici ölkələrdən Azərbaycana qanunsuz pul köçürülməsi fəaliyyətinə qarşı mübarizəni gücləndirməkdir.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Anar Məmmədov “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında”, “Maliyyə-sənaye qrupları haqqında” və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. Diqqətə çatdırılıb ki, layihə "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunun və digər normativ hüquqi aktların tələblərinə uyğun olaraq hazırlanıb. Dəyişikliklərə əsasən, dövlət mülkiyyətində olan və icarəyə verilən torpaqlar sırasında yer alan "dövlət müəssisə, idarə və təşkilatlarının yerləşdiyi torpaqlar" ifadəsi hüquqi baxımdan dəqiqləşdirilir və "dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsində olan torpaqlar" ifadəsi ilə əvəz edilir. Sənəddə, həmçinin bir sıra terminoloji düzəlişlərin edilməsi təklif olunur.

Tahir Rzayev rəhbərlik etdiyi Aqrar siyasət komitəsi tərəfindən məsələyə müsbət rəy verildiyini bildirib.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat verib. Bildirilib ki, adıçəkilən qanuna yeni maddənin əlavə edilməsi təklif olunur. Əlavəyə əsasən, tütün məmulatlarının istehsalçıları və idxalçıları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun informasiya sisteminə qoşulma barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun göndərdiyi bildirişi aldıqları tarixdən bir ay müddətində həmin məmulatlara tətbiq edilməsi üçün alınmış məcburi nişanlamaya görə bu Qanunun 20-3.2.1-ci maddəsində nəzərdə tutulan dövlət rüsumunu ödəməkdən azaddırlar. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum bu maddənin birinci cümləsində nəzərdə tutulan müddəti hər dəfə bir aydan çox olmamaq şərtilə 5 dəfə uzada bilər.

Deputat Fəzail Ağamalı məsələ ilə bağlı fikirlərini və təkliflərini səsləndirdikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) diqqətə çatdırıb. Qeyd olunub ki, layihə siyahısı müvafiq orqan tərəfindən təsdiq olunmuş avadanlıq, cihaz, qurğu və təhsil fəaliyyəti məqsədilə digər vasitələrin müvafiq orqanın təsdiqedici sənədi əsasında dövlət ümumi təhsil müəssisələri tərəfindən idxalı 2023-cü ilin yanvarın 1-dən 2 il müddətinə gömrük rüsumundan azad edilməsini nəzərdə tutur. Dəyişiklik dövlət ümumi təhsil müəssisələrində təhsilin keyfiyyətinin artırılmasının stimullaşdırılması məqsədi daşıyır.

Komitə sədri Bəxtiyar Əliyev və deputat Etibar Əliyev məsələ barədə fikirlərini açıqlayıblar, təklif olunan dəyişikliyi müsbət qiymətləndiriblər.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin növbəti 3 məsələsi - 20-ci, 21-ci və 22-ci məsələlər ölkə Prezidenti tərəfindən bir məktubla Milli Məclisə daxil olub və mahiyyətcə bir-birinə bağlıdır.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bu məsələlər barədə məlumat verib.

Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) ilə bağlı bildirilib ki, Məcəllənin 144.2-1-ci maddəsində "məqsədilə "Notariat haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, notariuslarla daşınmaz əmlakın dövlət reyestri arasında məlumat və sənəd mübadiləsi imkanı, o cümlədən notariusların daşınmaz əmlakın dövlət reyestrinə elektron qaydada birbaşa çıxışı təmin olunmalıdır" sözləri "bu Məcəllənin 148.3-cü maddəsinə uyğun olaraq təmin olunur" sözləri ilə əvəz edilir.

Həmçinin, Məcəllənin 144.3-cü maddəsi yeni redaksiyada təqdim olunur. Yeni redaksiyada qeyd olunur ki, daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair notariat qaydasında təsdiq edilmiş müqavilənin informasiya sistemləri vasitəsilə real vaxt rejimində Elektron Hökumət İnformasiya Sistemi üzərindən ötürülmüş elektron nüsxəsi əsasında müvafiq hüquqlar daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur.

Məcəlləyə təklif olunan əlavəyə əsasən, beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə əlaqədar diqqətə çatdırılıb ki, qanuna Daşınmaz əmlak üzərində hüquqların "bir pəncərə" prinsipi əsasında dövlət qeydiyyatı ilə bağlı yeni maddə əlavə olunur. Əlavəyə əsasən, daşınmaz əmlaka sərəncam verilməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilələr, habelə daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və təsdiq edilmiş digər sənədlər (o cümlədən müqavilə, ər-arvadın ümumi əmlakdakı paya mülkiyyət hüququ haqqında şəhadətnamə, qanun və ya vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsi, bölgü planı, nisyə alqı-satqı müqaviləsi üzrə son ödəniş barədə bildiriş və s.) əsasında hüquqlarının "bir pəncərə" prinsipi əsasında dövlət qeydiyyatı aparılır.

“Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı diqqətə çatdırılıb ki, qanunun əmlakın özgəninkiləşdirilməsi və ipoteka qoyulması haqqında müqavilələrin təsdiq edilməsinə dair maddəsi yeni redaksiyada təklif olunur. Dəyişikliyə əsasən, dövlət qeydiyyatından keçməli olan əmlakın özgəninkiləşdirilməsi və ya ipoteka qoyulması haqqında müqavilələr özgəninkiləşdirilən və ya ipoteka qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən, avtonəqliyyat vasitələri üzrə, həmçinin onların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın verdiyi müayinədən keçməsi barədə sənədlər və ya sənədlər haqqında elektron informasiya sistemindən real vaxt rejimində əldə edilmiş məlumatlar əsasında təsdiq edilir.

Qanunlara bir sıra digər müvafiq düzəlişlər də nəzərdə tutulub.

İclasda çıxış edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov təqdim olunan məsələlərlə bağlı komitədə müsbət rəy verildiyini bildirib.

Hər üç qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə “Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” və “Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikası medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.

Bildirilib ki, “Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə prokurorluq işçiləri prokurorluq orqanlarında qulluqda xüsusilə fərqlənməyə və səmərəli fəaliyyətə görə, xidməti vəzifələrin nümunəvi yerinə yetirilməsinə və xidməti fəaliyyətdə əldə etdikləri nailiyyətlərə görə, prokurorluq orqanlarının inkişafında göstərdikləri xüsusi xidmətlərə görə təltif edilirlər. “Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə” medalı ilə isə Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, habelə beynəlxalq təşkilatların nümayəndələri prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə, prokurorluq sahəsində mühüm layihələrin hazırlanmasında və həyata keçirilməsində fəal iştiraka görə təltif edilirlər.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Mili Məclisin sədri bildirib ki, gündəliyin 24-cü və 25-ci məsələləri də ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olub və mahiyyətcə bir-birinə yaxın olan qanun layihələridir.

Sonra Əminə Ağazadə növbəti iki məsələni - “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələrini təqdim edib.

Bildirilib ki, qanun layihələrində prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, onların maddi təminatının yaxşılaşdırılması və vahid əməkhaqqı sisteminin tətbiq edilməsi məsələləri öz əksini tapıb. Habelə, prokurorluq işçilərinin və onların ailə üzvlərinin tibbi təminatının həyata keçirilməsi ilə bağlı “Tibbi sığorta haqqında” Qanuna uyğunlaşdırılma nəzərdə tutulur.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib.

Bildirilib ki, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında təklif olunan qanun layihəsinin mahiyyəti işçilərin peşə hazırlığının səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin, habelə ixtisasının artırılmasının hüquqi tənzimlənməsini nəzərdə tutur.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, bugünkü iclasda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial sığorta və pensiya siyasəti şöbəsinin müdiri Elnur Abbasov iştirak edirlər.

Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsini təqdim edib. Bildirilib ki, qanun layihəsi Azərbaycan Prezidentinin “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” 2022-ci il 8 fevral tarixli Sərəncamından irəli gələn məsələlərin həlli məqsədi ilə hazırlanıb. Qanunun 7 maddəsinə təklif olunan 42 dəyişiklik mahiyyət etibarilə pensiya artımlarının vahid indeksasiyası metodunun tətbiq edilməsini və müvafiq icra hakimiyyəti orqanı tərəfindən əmək pensiyaçılarına edilən maddi yardımın pensiyaya əlavə edilməsinin hüquqi bazasının yaradılmasını nəzərdə tutur.

Qeyd olunub ki, pensiyaların illik artımı sahəsində olan bəzi uyğunsuzluq və çatışmazlıqların aradan qaldırılması və pensiya artımlarının vahid indeksasiya mexanizminin tətbiqinə nail olmaq üçün "Əmək pensiyaları haqqında" Qanunun 1-ci, 6-cı, 20-ci, 26-cı, 29-cu, 45-ci maddələrinə müvafiq dəyişiklik edilməsi təklif olunur. Layihədə təklif edilən vahid indeksasiya metoduna keçidlə bağlı dəyişikliklər bütün növ əmək pensiyalarının məbləğinin hər il vahid qaydada indeksləşdirilərək artırılacağını, qulluq stajına görə əlavə almaq hüququ olan şəxslərin pensiyasının hər il indeksasiya edilərək daha çox artmasını, pensiyaların indeksləşdirilərək artırılmasının tamamilə elektronlaşdırılmasını, pensiyaçılar və onların xidmət keçdiyi qurumların hər hansı məlumat təqdim etmək öhdəliyinin aradan qalxacağını nəzərdə tutub.

Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. Bildirilib ki, layihədə təklif edilən dəyişiklik ölkədə aparılan sosial islahatların davamı olaraq, pensiya təminatı sistemində sosial sığorta prinsipinin daha da möhkəmləndirilməsi, dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə hazırlanıb. Nəzərdə tutulan dəyişiklik əməkhaqlarının artırılması sahəsində islahatların daha çevik həyata keçirilməsinə, pensiya artımlarında vahid indeksasiya metodunun tətbiqinə və nəticədə əmək haqqındakı artımlardan asılı olmayaraq, hər il pensiyaların artımına səbəb olacaq.

Komitə sədri Siyavuş Novruzov və deputat Fazil Mustafa qanun layihələri ilə bağlı bir sıra qeydlərini diqqətə çatdırıblar.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Gündəliyin 29-cu məsələsi olan Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib.

Komitə sədri Azərbaycanda həyata keçirilən gender bərabərliyi siyasətindən söz açaraq təklif olunan qanun layihəsinin qadınların məşğulluq imkanlarının genişləndirilməsinə, qadınların daha çox əməkhaqqı ödənilən sahələrə çıxışına olan məhdudiyyətlərin azaldılmasına xidmət etməsindən danışıb.

Bildirilib ki, Əmək Məcəlləsinin 211, 240, 241 və 243-cü maddələrinə təklif olunan dəyişikliklər qadınların işləməsini qadağan edən peşə və vəzifələrin sayını azaldır və məhdudiyyətlərin bütün qadın işçilərə deyil, yalnız hamilə və 1 yaşınadək uşağı olan qadınlara şamil edilməsinə hüquqi əsaslar yaradır. Bununla da, qadınların əməyi qadağan olunan 674 peşə (vəzifə) və iş yeri azaldılarıq 204 müəyyən ediləcək, eyni zamanda, qadağan edilən bu peşə (vəzifə) və iş yerləri bütün qadınlara deyil, yalnız hamilə və ya bir yaşınadək uşağı olan qadınlara tətbiq ediləcək.

Sonra qanun layihəsi ilə bağlı Hicran Hüseynova rəhbərlik etdiyi Ailə, qadın və uşaq məsələləri komitəsinin müsbət rəyini diqqətə çatdırıb.

Sənədin müzakirəsində Əmək və sosial siyasət komitəsi sədrinin müavini Məlahət İbrahimqızı, deputatlar Fazil Mustafa, Vüqar Bayramov çıxış ediblər, fikirlərini və suallarını səsləndiriblər. Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev qaldırılan məsələlərə aydınlıq gətirib və sualları cavablandırdıqdan sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Gündəliyin sonuncu məsələsi olan “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı da komitə sədri Musa Quliyev məlumat verərək bildirib ki, sənəddə qanunun 39-cu maddəsinə dəyişiklik təklif olunub. Bildirilib ki, layihədə artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin əmək pensiyaçısından tutulması halları məhdudlaşdırılır. Belə ki, mövcud qaydaya əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin əmək pensiyaçısından tutulması nəzərdə tutulurdusa, təklif olunan dəyişikliyə əsasən, artıq ödənişin tutulması diferensial şəkildə müəyyən ediləcəkdir.

Deputat Bəhruz Məhərrəmovun çıxışı dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

İclasın sonunda Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, deputatlar Elşən Musayev və Hikmət Məmmədov cari məsələlər və gündəmin aktual mövzuları ilə bağlı fikirlərini bölüşüblər.

Bununla da Milli Məclisin 2022-ci ilin payız sessiyasında birinci iclası başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident: Qazaxın işğal edilmiş torpaqlarının qaytarılması, delimitasiya, demarkasiyanın şərtlərimiz əsasında aparılması növbəti zəfərimizdir

Azərbaycan Prezidenti: Qafqazda aparıcı dövlət bizik və bizimlə hər kəs hesablaşmalıdır

İdmanda böyük inkişaf Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır

Prezident İlham Əliyev: İlin sonuna qədər azı 20 yaşayış məntəqəsində həyat bərpa ediləcək

Təhsil müəssisələrində Ulu Öndərə həsr olunmuş tədbirlər

Prezident: Qarabağ və Şərqi Zəngəzur bölgələri dünyanın ən gözəl yerlərindən biri olacaq

Pakistan Prezidenti Muxtar Babayevi qəbul edib

Prezident İlham Əliyev şuşalılarla görüşdə şəhərdəki tarixi abidələrin bərpasından danışıb

Prezident: Bu gün Şuşanın yeni tarixi başlayır

Eskişehir Azərbaycanlılar Dərnəyi Ulu Öndərə həsr olunan maarifləndirici videoçarx hazırlayıb

Azərbaycan sərhədçisi Ulu Öndərin müəyyənləşdirdiyi milli sərhəd strategiyasını uğurla yerinə yetirir

Azərbaycan Prezidenti: Müharibənin Şuşasız uğurla başa çatması mümkün deyildi

Azərbaycan sərhədçisi Ulu Öndərin müəyyənləşdirdiyi milli sərhəd strategiyasını uğurla yerinə yetirir

Prezident İlham Əliyev doğma yurda qayıdış münasibətilə şuşalıları təbrik edib

AQTA: Monitorinqlər zamanı 29 müəssisədə nöqsanlar aşkarlanıb

Prezident İlham Əliyev: Xalqımız elə bir qəhrəmanlıq göstərib ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar

Aşqarlar Kimyası İnstitutunda tədbir: “Vətənə, xalqa həsr edilən ömür”

Türkiyə Milli Müdafiə Universitetinin nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb

MDU kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib

Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş  YENİLƏNİB

“Böyük Dəbilqə”: Azərbaycan cüdo yığması ilk günü 1 medalla başa vurub

Ulyanovskda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsi anılıb

BMU-nun kollektivi Fəxri xiyabanda Ulu Öndərin xatirəsini ehtiramla yad edib

Ulu Öndər Heydər Əliyevin yubileyi münasibətilə Özbəkistanda kitab nəşr olunub

Sankt-Peterburqda Ulu Öndər Heydər Əliyevin barelyefi önünə gül dəstələri qoyulub

“Ana dilimiz və təhsil” layihəsi çərçivəsində Heydər Əliyev adına Müasir Təhsil Kompleksində tədbir

Dövlət Xidməti standart nümunələrin və ölçmə vasitələrinin idxalı ilə məşğul olan sahibkarlara müraciət edib

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Fransa-Azərbaycan münasibətlərindəki ziddiyyətlərlə bağlı arayış hazırlayıb

İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi başa çatıb

Ədəbiyyat Muzeyində elmi sessiya: “Əbədi ömrün ikinci əsri”

Ulu Öndər Heydər Əliyevin xatirəsi Türkmənistanda da anılıb

Prezident İlham Əliyev Laçın rayonunun Sus kəndinə köçmüş sakinlərlə görüşüb, kiçik su elektrik stansiyalarının açılışlarında iştirak edib YENİLƏNƏCƏK

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü Sumqayıtda silsilə tədbirlərlə qeyd edilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə ümumukrayna esse müsabiqəsi elan edilib

Zaqatalada tədbir: Ulu Öndərin tariximizdə rolu illər keçdikcə daha dərindən dərk edilir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Ombudsman Səbinə Əliyeva və Aparatın kollektivi Ümummilli Liderin xatirəsini anıb

Andrey Lunyov: “Qarabağ”da qalıb-qalmayacağımı zaman göstərəcək

Samuxda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti Heydər Əliyev Muzeyini ziyarət edib

Rusiyalı ekspertlər Ulu Öndər Heydər Əliyevin Azərbaycanın ən yeni tarixində roluna dair fikirlərini bölüşüblər

Füzulidə “Dahi Şəxsiyyət” adlı sənədli film nümayiş olunub

Suraxanıda avtomobillərdən oğurladığı bank kartları ilə marketlərdən alış-veriş edən şəxs saxlanılıb

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib VİDEO

Azərbaycan, Türkiyə və Şimali Kipr parlamentlərarası əlaqələr üzrə işçi qruplarının birgə görüşü təşkil ediləcək

Müdafiə Nazirliyi: Rusiya qoşunları Xarkov vilayətində Ukrayna ordusunun müdafiəsini yarmağa çalışıb

ADA Universitetində dəyirmi masa: Gələcəyin formalaşdırılması: strateji uzaqgörənlik

Mariya Stadnik Olimpiya lisenziyasının bir addımlığında

FHN-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib VİDEO

Prezident İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub YENİLƏNƏCƏK

Qarabağ və Şərqi Zəngəzurda bərpa işlərində İsveçrə şirkətlərinin iştirakı məsələsi müzakirə olunub

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Mikrobiologiya İnstitutunda Ulu Öndərə həsr edilmiş tədbir keçirilib

Bosniya və Herseqovinada Ulu Öndərin anadan olmasının ildönümü qeyd edilib

Azərbaycan sambo millisi 8 ildən sonra Avropa çempionatında qızıl medal qazanıb

Teymur Rəcəbov beynəlxalq turnirə qatılacaq

Prezident İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub YENİLƏNƏCƏK

Xaçmaz və Qubanın gilas bağlarında bu il məhsuldarlığın aşağı olacağı gözlənilir VİDEO

Qaxda keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin xalq qarşısındakı xidmətlərindən danışılıb

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi İstanbulda ehtiramla anılıb VİDEO

Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub, birinci tunelin açılışında iştirak edib   YENİLƏNİB VİDEO

Baş Prokurorluğun futbol komandası Ulu Öndərin xatirəsinə həsr olunmuş turnirdə Fair-Play mükafatına layiq görülüb

İki nəfərin göldə boğularaq ölməsi ilə əlaqədar Naxçıvan Şəhər Prokurorluğunda araşdırma aparılır

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü münasibətilə Taxtakörpü qəsəbəsində ağacəkmə aksiyası keçirilib

Amerikalı mütəxəssisin AzMİU-da sərgisi açılıb

Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş ağacəkmə aksiyası keçirilib

Dörd ayda DSMF-nin xərcləri 267 milyon manat artaraq 2 milyard 271 milyon manat təşkil edib

Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində bir nəfər ölüb VİDEO

Dövlət Xidmətində bir qrup şəxsə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” medalı təqdim edilib

Prezident İlham Əliyev Füzuli rayonunda Köndələnçay su anbarları kompleksinin təmir-bərpadan sonra açılışında iştirak edib YENİLƏNİB VİDEO

Çinin Şaansi vilayətinin nümayəndə heyəti Sumqayıtda səfərdə olub

“Qafqazdan dünyaya doğan günəş” - tədbir

Çadın hərbi lideri Debi İtno mübahisəli seçkilərin qalibi elan edilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Qazaxıstanlı nazir: Bakı, Astana və Daşkənd energetika sistemlərinin inteqrasiyası layihəsi üzərində iş aparır

BDU tələbələrinin “MDB-nin ən yaxşı tədqiqatçıları - 2024” müsabiqəsində uğuru

Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanışlıq YENİLƏNƏCƏK

Sadır Japarov: Qırğızıstandan gizli yolla qızıl çıxarılması barədə video saxtadır

Ümummilli Lider Heydər Əliyevin ideyaları daim yaşayacaq

Mədəniyyət Nazirliyinin kollektivi Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini ehtiramla anıb

Müdafiə Sənayesi Nazirliyinin kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub YENİLƏNƏCƏK

AZAL-ın kollektivi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad edib

Şərqşünas alim Ankarada keçirilən simpoziumda məruzə edib

Ankaradakı Heydər Əliyev adına məktəbdə Ulu Öndərin xatirəsinə konsert proqramı təşkil olunub

Fidan Hacıyeva: İkinci Beynəlxalq Opera Festivalı da olacaq!

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar YENİLƏNƏCƏK

Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanışlıq YENİLƏNƏCƏK

Bərdə rayon sakinini öldürməyə cəhd faktı ilə bağlı cinayət işi başlanılıb

Qazaxıstan və Niderland arasında doqquz kommersiya sazişi imzalanıb

BP-də çalışan azərbaycanlı işçilərin sayı artıb

Pekində Ulu Öndərin fikirləri əsasında hazırlanmış “Xalq öz dili ilə yaranır” adlı Azərbaycan dili dərsliyinin təqdimatı olub VİDEO

ƏƏSMN-in kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla anıb

Ukrayna ordusuna 20 minədək məhbus səfərbər edilə bilər

“Böyük Dəbilqə”: Azərbaycanın 4 cüdoçusu medal görüşünə çıxacaq

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

BƏƏ mediası Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş məqalə dərc edib

“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlanıb

Sabunçu rayonunda aşkarlanan narkoplantasiyada 1500 ədəd çətənə kolu götürülüb VİDEO