CƏMİYYƏT


Milli Qurtuluş Günü münasibətilə Ombudsman tərəfindən silsilə tədbirlər təşkil olunub

Bakı, 14 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova tərəfindən 15 iyun - Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər təşkil olunub. Bu barədə AZƏRTAC-a Ombudsman Aparatından məlumat verilib.

Ombudsmanın Gəncə Regional Mərkəzi Daşkəsən rayonu Heydər Əliyev Mərkəzində, Cəlilabad Regional Mərkəzi Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzində, Şəki Regional Mərkəzi Mingəçevir şəhərində, Oğuz rayonunda və Şəkidəki 20 saylı tam orta məktəbdə, Quba Regional Mərkəzi isə öz ofisində Milli Qurtuluş Günü ilə bağlı tədbirlər keçiriblər.

Tədbirlərdə Milli Qurtuluş Gününün tarixi, ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmləndirilməsində və inkişaf etdirilməsində gördüyü işlər, o cümlədən ölkəmizdə insan hüquqlarının təsbiti və təmini sahəsində atdığı qəti addımlar, imzaladığı strateji dövlət proqramları barədə məlumat verilib. Bildirilib ki, 15 iyun 1993-cü il tarixindən sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xilaskarlıq missiyası ilə həyata keçirdiyi tədbirlər nəticəsində dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regional və dünya miqyasında Azərbaycanın nüfuzu ildən-ilə daha da artır, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bütün strateji sahələrdə olduğu kimi, dövlət idarəçiliyində, insan hüquqlarının müdafiəsində, məhkəmə-hüquq və başqa islahatların dərinləşdirilməsində yeni innovativ yanaşmaların tətbiqi genişlənir. Azərbaycan bir çox ölkələrə öz təcrübəsi ilə örnək kimi tanınır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.