DÜNYA
Misir Silahlı Qüvvələrinin Ali Şurası ölkədə prezident və parlament seçkilərinin tarixlərini müəyyən etmişdir
Bakı, 1 mart (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, Misir Silahlı Qüvvələrinin Ali Şurası ölkədə prezident və parlament seçkilərinin təşkili üzrə müvəqqəti qrafik hazırlamışdır. Misir mətbuatında verilən məlumata görə, artıq aprel ayının əvvəllərində Konstitusiyaya düzəlişlər üzrə ümummilli referendum keçiriləcəkdir. Düzəlişlərin hazırlanması keçmiş hakim Tariq Əl-Bişri başda olmaqla xüsusi komitəyə tapşırılmışdır.
Misirdə parlament seçkiləri iyunda, prezident seçkiləri isə avqustda keçiriləcəkdir.
Ali Şura oktyabrın 1-də öz hakimiyyət səlahiyyətlərini yeni seçilən dövlət başçısına təhvil vermək niyyətindədir. Misir Ərəb Respublikasının yeni Əsas Qanununun hazırlanması ilə dövlət başçısı məşğul olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]