ELM VƏ TƏHSİL


“Molekulyar hüceyrə biologiyası” kitabı Azərbaycan dilinə tərcümə olunub

Bakı, 30 iyul, AZƏRTAC

Biofizika İnstitutunun icraçı direktoru, biologiya elmləri doktoru Kərim Qasımov Massaçu­setts Texnologiya İnstitutunun “Molecular Cell Biology” (“Molekulyar hüceyrə biologiyası”) kitabını Azərbaycan dilinə tərcümə edib.

Biofizika İnstitutundan AZƏRTAC-a bildirilib ki, “Molekulyar hüceyrə biologiyası” kitabı Harvard, Kornel və Kaliforniya universitetlərinin tanınmış alimləri tərəfindən hazırlanıb. 2016-cı ildə “Springer” nəşriyyatında çap olunan kitab biotibb, molekulyar hüceyrə sahəsində son illərin eksperimental tədqiqatlarına əsaslanan mühüm nailiyyətləri özündə əks etdirir.

Dünyanın bir çox dillərinə tərcümə olunan kitab biofizika, biokimya, fiziologiya, molekulyar biologiya, hüceyrə biologiyası, tibb və digər sahələr üzrə ixtisaslı kadrların hazırlanması üçün dəyərli dərs vəsaitidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.