Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Moskvada Azərbaycanın dövlət bayramı – Respublika Günü qeyd edilib

Moskva, 27 may, AZƏRTAC

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyi Azərbaycanın dövlət bayramı – Respublika Günü münasibətilə Moskvada təntənəli qəbul təşkil edib.

Tədbirin əvvəlində Azərbaycanın və Rusiyanın dövlət himnləri səsləndirilib.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tədbirə toplaşanları ölkəmizin əlamətdar dövlət bayramı münasibətilə təbrik edərək bildirib ki, müsəlman Şərqində ilk demokratik dövlət 99 il bundan əvvəl Azərbaycanda yaranıb. Həmin gün Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığını elan edən Bəyannamə mahiyyət etibarilə müasir demokratik cəmiyyət prinsiplərinin əsasını qoyub. Səfir deyib: “1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsi qəbul etməklə xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini bərpa edib. Bir ildən sonra biz bütün müsəlman Şərqinin siyasi tarixində yeni dövr açmış bu tarixi hadisənin 100 illiyini təntənəli şəkildə qeyd edəcəyik. Azərbaycan Xalq Cümhuriyyəti Avropa demokratik dəyərlərini, Şərq mədəniyyətinin xüsusiyyətlərini və Azərbaycanın milli-mənəvi ideallarını üzvi şəkildə özündə cəmləşdirən yeni dövlət və cəmiyyət nümunəsi oldu. Bu triada Azərbaycan Respublikasının dövlət bayrağında öz əksini tapdı”.

Səfirin sözlərinə görə, bütün vətəndaşlara, onların etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq bərabər hüquqlar verilməsi, Şərqdə ilk dəfə, Avropa ölkələrinin çoxundan daha əvvəl qadınların seçki hüquqlarının tanınması, Bakı Dövlət Universitetinin təsis edilməsi və bir sıra başqa tədbirlər Azərbaycanda ilk demokratik cümhuriyyətin miqyasını, mahiyyətini və tarixi əhəmiyyətini əyani şəkildə təsdiqləyir. 1918-1920-ci illərin 23 ayı Azərbaycan xalqının şüurunda çox dərin iz qoyub. Ziyalıların qabaqcıl nümayəndələri, demokratik respublikanın əsasını qoyanlar tərəfindən həyata keçirilməyə başlanmış ideyalar bugünkü müstəqil Azərbaycanda uğurla reallaşıb.

Diplomat deyib: “Ölkəmiz mürəkkəb şəraitdə öz suverenliyini və həqiqi müstəqilliyini qoruyub saxlaya bildi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev xalqı öz ətrafında birləşdirərək Azərbaycanı mürəkkəb sınaqlardan uğurla keçirdi. Onun zəngin siyasi təcrübəsi, möhkəm iradəsi və qətiyyəti sayəsində biz o çətin dövrü geridə qoyaraq davamlı inkişaf yoluna çıxa bildik. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə bu yolla irəliləyən Azərbaycan dünya siyasətinin mühüm amilinə çevrilməkdədir. Bu, ilk növbədə daxili siyasi sabitlik, iqtisadi inkişaf, çoxvektorlu xarici siyasətin formalaşması kimi obyektiv amillərlə şərtlənir. Azərbaycan xarici ölkələrlə əməkdaşlıq qurur. Qonşu ölkələrlə həm ikitərəfli, həm də çoxtərəfli formatlarda sərfəli əlaqələrin hərtərəfli inkişafı xüsusi prioritet təşkil edir. Ölkəmiz özünün coğrafi mövqeyi və iqtisadi potensialı sayəsində “Şərq-Qərb” və “Şimal-Cənub” dəhlizlərində mühüm əlaqələndirici rol oynayır. Rusiya Federasiyasının iştirakı ilə bu istiqamətdə ikitərəfli əməkdaşlığın perspektivli formatları dinamik inkişaf edir. Mehriban qonşuluq və dostcasına əməkdaşlıq ənənələrinə sadiq olan Azərbaycanın hədəfi Qafqaz-Xəzər regionunun daha da inkişaf etməsinə, bu regionda sülhün və sabitliyin təmin olunmasına sanballı töhfə verməkdir”.

P.Bülbüloğlunun fikrincə, əməkdaşlıq potensialının tam üzə çıxması üçün ona əngəl törədən amilləri aradan qaldırmaq lazımdır. “Ölkəmizin ərazisinin işğal edilməsi, Azərbaycanın zəbt olunmuş torpaqlarından Ermənistan silahlı qüvvələrinin tamamilə və qeyd-şərtsiz çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin yerinə yetirilməməsi regionda sabitliyi pozan və sülhə təhdid yaradan əsas amildir. Tərəflərin təmas xəttində daim müşahidə olunan silahlı insidentlər, atəşkəs rejiminin pozulması gərginliyin əsas səbəbini – Azərbaycan ərazisinin bir hissəsinin işğal edilməsi faktını tezliklə aradan qaldırmaq zərurətini daha da aktuallaşdırır. İnsanların, nəinki mülki əhalinin, hətta hərbi qulluqçuların da həlak olmasını heç kəs istəmir. Lakin faşizm üzərində böyük Qələbənin - 72-ci ildönümünü bu yaxınlarda qeyd etdiyimiz tarixi hadisənin təcrübəsi göstərir ki, sülhə yalnız müharibəni doğuran səbəblər aradan qaldırıldıqdan sonra nail olmaq mümkündür, - deyə səfir vurğulayıb. - Azərbaycan bu problemi istənilən yolla həll etmək hüququnu özündə saxlasa da, əvvəlki kimi, münaqişənin sülh yolu ilə, danışıqlar yolu ilə tənzimlənməsinə tərəfdardır. Buna görə də biz ümid edirik ki, dünya birliyinin bütün məsuliyyətli üzvləri Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyin zəruriliyi barədə prinsipial mövqe tutacaqlar. Şübhəsiz, bu məsələdə Rusiya Federasiyası BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi, ATƏT-in Minsk qrupunun həmsədri və istər coğrafi, istərsə də tarixi baxımdan Cənubi Qafqazla və bizim xalqlarımızla sıx bağlı olan bir ölkə kimi xüsusi rol oynayır”.

Azərbaycan xalqının təməl dəyəri kəsb edən xüsusiyyətlərə həmişə qayğı ilə yanaşdığını vurğulayan səfir deyib: “Tarixi baxımdan şərtlənmiş belə xüsusiyyətlərdən biri də Rusiya ilə sıx əlaqələrdir. Müxtəlif dövrlərdə yüz minlərlə azərbaycanlı Rusiyada məskən salıb. Cənubi Qafqazda ən böyük rus icması Azərbaycanda yaranıb. Ölkələrimizi və xalqlarımızı bir-birinə bağlayan bu canlı körpülərin, insani əlaqələrin əhəmiyyətini lazımınca qiymətləndirmək çətindir. Buna görə də biz bütün diaspor birlikləri tərəfindən onların fəaliyyət göstərdikləri dövlətlərin qanunlarını yerinə yetirməyin zəruri olduğunu qeyd-şərtsiz etiraf etməklə bərabər, bu sahədə cərəyan edən proseslərə çox həssas münasibət bəsləyirik. Yəqin ki, bu, başa düşüləndir. Axı burada yaranan problemlər mənfi informasiya fonu formalaşdırır və qarşılıqlı faydalı münasibətlərin inkişafına kölgə salır. Ölkələrimizin və xalqlarımızın mənafeləri, onların gələcək inkişafı və regionda sabitliyi qoruyub saxlamaq qayğısı quruculuq və əməkdaşlıq yolunu davam etdirməyimizi tələb edir”.

“Azərbaycan azadlıq, sülh, dözümlülük, quruculuq ideallarına daim sadiq olduğunu tarixboyu, o cümlədən XX və XXI əsrlərdə nümayiş etdirib”, - deyən P.Bülbüloğlu sonda vurğulayıb: “Birinci respublika dövründə də belə olub, bu gün də belədir. Dünən Rusiya və Azərbaycan mətbuatında Rusiya Federasiyasının Prezidenti, çox hörmətli V.Putinin təbriki dərc edilib. Rusiya lideri həmin təbrikində əmin olduğunu bildirib ki, Azərbaycan və Rusiyanın birgə səyləri ilə tərəfdaşlıq əlaqələrimizin bütün kompleksi bundan sonra da inkişaf edəcək. Vladimir Vladimiroviçin sözlərinə görə, “bu əlaqələr ölkələrimizin dost xalqlarının köklü mənafelərinə cavab verir, regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi məcrasında inkişaf edir”. Biz həmişə qonşularımızla əməkdaşlıq əzmindəyik və inanırıq ki, hər il qeyd edilən Respublika Günü Azərbaycanın bizim münasibətlərin inkişafına, regional və qlobal səviyyələrdə sülhün və tərəqqinin təmin olunmasına xidmət edən zəngin potensialını daha tam şəkildə üzə çıxaracaq. Respublika Gününüz mübarək!”.

Rusiya Federasiyasının xarici işlər nazirinin müavini, stats-katib Qriqori Karasin Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edərək, “dost Azərbaycana uğurlar və tərəqqi” arzulayıb. Diplomat deyib: “Rusiya və Azərbaycanı hüquq bərabərliyi və mehriban qonşuluq prinsiplərinə, çoxəsrlik dostluq ənənələrinə, ortaq tarix və mədəniyyətə, milyonlarla insan talelərinin qaynayıb-qarışmasına əsaslanan strateji tərəfdaşlıq telləri bağlayır. Bu il biz ölkələrimiz arasında diplomatik münasibətlər yaradılmasının 25 illiyini qeyd edirik. Bu yubileyə sanballı baqajla və gələcək üçün mühüm planlarla gedirik”.

Q.Karasin vurğulayıb: “Rusiya-Azərbaycan qarşılıqlı əlaqələrinin miqyası və keyfiyyəti ilbəil artır. Ticari-iqtisadi investisiya əməkdaşlığımızın inkişafı bütövlükdə heç də pis getmir. Əminik ki, son iki ildə əlverişsiz beynəlxalq konyunkturun təsiri altında əmtəə dövriyyəsinin bir qədər azalması müvəqqəti haldır. Xüsusən ona görə ki, bu dövriyyənin fiziki həcmində, demək olar ki, itirməmişik. Regionlararası mexanizmlərdən, dövlət sektoru ilə özəl sektorun tərəfdaşlığı potensialından maksimum fəal istifadə etməyə, habelə İqtisadi Əməkdaşlıq üzrə İkitərəfli Hökumətlərarası Komissiyanın XVI iclasının qərarlarının reallaşdırılmasının müsbət effektinə ümid bəsləyirik. Ölkələrimizin uğurla təşkil olunan biznes birlikləri də öz sözünü deməlidir. Regionlararası kooperasiya əlaqələri xeyli möhkəmlənib. Bu gün Rusiyanın 17 subyekti Azərbaycanla ticari-iqtisadi və elmi-texniki, mədəni əməkdaşlıq haqqında işlək sazişlər bağlayıb. Bu halda Rusiyanın 70 regionundakı müəssisə və şirkətlər Azərbaycan istiqamətində ixrac-idxal əməliyyatları həyata keçirirlər”.

Sentyabr ayında Stavropolda keçiriləcək VIII Rusiya-Azərbaycan Regionlararası Forumu və Hökumətlərarası Komissiyanın XVII iclası gələcək planların müzakirəsi, hər şeydən əvvəl ticari-iqtisadi sahədə vacib meydançalar olacaq. Bu haqda danışan Q.Karasin deyib: “Bizə irs qalmış ümumi dil, təhsil və mədəni məkanının möhkəmləndirilməsinə diqqət yetirməklə humanitar sahədə qarşılıqlı əlaqələrimiz dəyişməz prioritetlər olaraq qalır. Hazırda Rusiyada təxminən 15 min Azərbaycan vətəndaşı təhsil alır. Bakıda Rusiyanın aparıcı ali məktəblərinin – M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir. Beləliklə, Rusiya Azərbaycan elitasının gələcək nəsillərinin hazırlığına öz töhfəsini verir”.

“Xüsusi mövzu – Azərbaycanda A.Puşkin dilinə ənənəvi həssas münasibətdir. Bakıda da, Lənkəranda da, Gəncədə də - praktiki olaraq hər yerdə bu dildə sərbəst danışılır. Rus dilində təhsilin aparıldığı 300-dən çox məktəb fəaliyyət göstərir. Başlıcası isə bu, heç bizim ikitərəfli münasibətlərimizə aid məsələ deyil. Başa düşdüyümüz kimi, bu, dostlarımızın və qonşularımızın strateji və tam praqmatik seçimidir. Vaxtilə bu kursu müəyyənləşdirən, rus dilinin Azərbaycanda həmişə yaşayacağını deyən Heydər Əliyevin vəsiyyətinə əməl edilməsidir”, - deyə Rusiya xarici işlər nazirinin müavini qeyd edib.

“Bizim birgə layihəmiz – Rusiya və Azərbaycan prezidentlərinin himayəsi ilə keçirilən Bakı Humanitar Forumu dünyada böyük nüfuz qazanıb. Bizim bugünkü ikitərəfli münasibətlərimiz möhkəm zəmin üzərində qurulub. Bu münasibətlər eyni dərəcədə qarşılıqlı inam və qarşılıqlı mənafeyə söykənib. İlk növbədə, daim əlaqə saxlayan dövlət başçılarımız – liderlər Vladimir Putin və İlham Əliyev arasında, regionlar arasında və idarələr arasında isti, qeyri-formal, etimada əsaslanan münasibətlər qurulub. Dövlətlərimizin başçıları keçən il iki dəfə - Sankt-Peterburqda və Bakıda görüşüblər. Baş nazir Dmitri Medvedev də Azərbaycana gedib. Xarici işlər nazirlərinin müntəzəm görüşləri xoş ənənəyə çevrilib. Bu ilin təkcə ilk beş ayında Sergey Lavrov və Elmar Məmmədyarov, ölkələrimiz arasında diplomatik münasibətlərin 25 illik yubileyi ilə əlaqədar Azərbaycanın xarici siyasət idarəsi rəhbərinin Moskvaya səfəri də daxil olmaqla üç dəfə görüşüblər. Parlament xətti üzrə əməkdaşlığı da müsbət dinamika səciyyələndirir. Bizim əsl tərəfdaşlıq dialoqumuz təkcə ikitərəfli əsasda deyil, həm də ən müxtəlif çoxtərəfli platformalarda – MDB, ŞƏT, BMT, ATƏT və ya Xəzər beşliyi çərçivəsində də inkişaf edir”, - deyə Q.Karasin qeyd edib.

Rusiyalı diplomat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışarkən deyib: “Əlbəttə, bizim ümumi ağrımız, ümumi qayğımız – Dağlıq Qarabağ münaqişəsidir. Bu, kəskinləşmiş və həlli müşkül problemdir. Onu yalnız siyasi-diplomatik vasitələrlə həll etmək lazımdır, buna alternativ yoxdur. Tənzimlənməyə fəal kömək göstərmək Rusiyanın xarici siyasət prioritetləri sırasındadır. Bildiyiniz kimi, biz ATƏT-in Minsk qrupu üçlüyündə ABŞ və Fransa ilə birlikdə işləyirik. Üç həmsədr ölkələrin prezidentləri bu yaxınlarda mövqelərini aydın ifadə ediblər: tərəflərə maksimum kömək göstərmək lazımdır, lakin münaqişəni həll etmək məsuliyyəti onların öz öhdəsində qalır”.

Q.Karasin qeyd edib ki, Rusiya-Azərbaycan münasibətlərinin bundan sonra da dərinləşməsi hər iki ölkənin vətəndaşlarının maraqlarına uyğundur: “Biz Rusiya-Azərbaycan münasibətlərinin gələcəyinə nikbin baxırıq. Əminəm ki, bu münasibətlərin gələcəkdə dərinləşməsi ölkələrimizin vətəndaşlarının köklü maraqlarına cavab verir və regionda sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə kömək edəcək. Rusiyada hər bir cənub qonşusunu çiçəklənən, geniş əməkdaşlığa açıq görmək istəyirlər. Biz dost Azərbaycanın rifahı və çiçəklənməsi, Rusiya və Azərbaycan xalqları arasında möhkəm dostluq naminə çıxış edirik”.

Tədbirdə Azərbaycanın Rusiyadakı diasporunun tanınmış nümayəndələrinə yüksək mükafatlar təqdim edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda və onun hüdudlarından kənarda iqtisadiyyatın, elmin, təhsilin və mədəniyyətin inkişafında xidmətlərinə görə Əlizaman Rəhimov “Vətənə xidmətə görə” ordeninin 3-cü dərəcəsi, İsmayıl Ağakişiyev, Afil Hüseynov, Çingiz İsayev, Qasım Kərimov, Rəfail Quliyev, Elxan Qurbanov “Tərəqqi” medalı ilə təltif olunublar.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçirirlər

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb VİDEO

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib VİDEO

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO