CƏMİYYƏT


Müalicəvi Diaqnostika Mərkəzində rezidentlərin konfransında müxtəlif mövzularda təqdimatlar edilib

Bakı, 2 oktyabr, AZƏRTAC

Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) rezidentlərin konfransı keçirilib.

Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, RMDM-in baş həkimi Könül Xəlilova bildirib ki, tibb ixtisasları üzrə baza ali tibb təhsili əsasında həkim-mütəxəssis hazırlığı forması olan rezidenturada təhsil alanlar üçün klinikada geniş imkanlar yaradılıb və rezidentlər burada yüksəkixtisaslı həkimlərdən həm nəzəri biliklər, həm də təcrübə əldə edir, gələcəyin peşəkar həkimləri kimi yetişmək üçün ilk addımlarını atırlar.

“Açıq oval dəlik. Kriptogen insult”, “Renal transplantasiya xəstələrində əməliyyatsonrası ağciyər patologiyalarının radioloji dəyərləndirilməsi”, “Koxlear implantasiyalarda preoperativ radioloji dəyərləndirmədə rast gəlinən patologiyalar”, “Hiperaldosteronizm-Conn sindromu”, “Lupus ensefalitində radioloji görüntüləmə”, “İnfantil hipertrofik pilor stenozunun USM diaqnostikası”, “Hepatit C virusu: Seroloji və molekulyar diaqnostika”, “Hamiləlik və uşaqlıq artımlarının burulması”, “Kounis sindromu”, “Uşaqlıq boşluğunda yad cisim”, “Anadangəlmə lobar emfizema”, “Serebral vaskulyar malformasiyalar”, “Pediatrik uroloji anomaliyalarda və patologiyalarda radioloji görüntüləmə”, “Fallo tetradasının total korreksiya əməliyyatından sonra rast gəlinən nonkardiak ağırlaşma” və “Travmalı xəstələrdə tibbi strategiya” mövzularında təqdimatlar edilib.

Konfransda suallar ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.