ELM VƏ TƏHSİL


Müəllimlərin işə qəbulu müsabiqəsi: tarix, coğrafiya və informatika fənləri üzrə vakansiya seçiminə başlanılır

Bakı, 12 sentyabr, AZƏRTAC

Tarix, coğrafiya və informatika fənləri üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanları mərhələsində iştirak etmiş namizədlər üçün vakansiya seçimi mərhələsinə start verilir.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qeyd olunan fənlər üzrə ümumi təhsil müəssisələrinə keçid balı 36 olaraq müəyyənləşdirilib.

Namizədlər sentyabrın 13-ü saat 14:00-dan sentyabrın 14-ü saat 23:59-dək şəxsi səhifələrinə daxil olaraq elektron ərizələrində vakansiya seçimi edə biləcəklər.

Xatırladaq ki, sentyabrın 4, 7 və 8-də keçirilmiş müəllimlərin işə qəbulu imtahanları üzrə apelyasiya müraciətlərinə baxılıb və nəticə barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib.

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edən bütün namizədlərə uğurlar arzu edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.