DÜNYA


Mühafizəkarlar Britaniya parlamentinə əlavə seçkilərdə iki dairədə məğlub olublar

Bakı, 24 iyun, AZƏRTAC

Böyük Britaniyanın hakim Mühafizəkarlar Partiyası ölkə parlamentinə iki seçki dairəsi üzrə keçirilən əlavə seçkilərdə məğlubiyyətə uğrayıb.

AZƏRTAC “The Guardian” qəzetinə istinadla xəbər verir ki, Ueykfild dairəsində leyborist Partiyasının nümayəndəsi Saymon Laytvud mühafizəkar rəqibi Nadim Əhmədə böyük üstünlüklə qalıb gəlib (8241 səsə qarşı 13166 səs). İngiltərənin şimalında yerləşən Ueykfild ənənəvi olaraq leyboristlərin dayağı sayılır. Mühafizəkarlar 2019-cu ildə bu dairədə cüzi səs çoxluğu ilə sürpriz qələbə qazanmışdılar.

Eyni zamanda, Tiverton və Honiton dairəsində liberal-demokratlar 6 mindən çox səs fərqi ilə inamlı qələbə qazanıblar. Halbuki həmin dairə ənənəvi “Tori” bölgəsi hesab olunur.

Britaniya mediasında yayılan son məlumatlara görə, seçkilərin nəticələri açqlandıqdan sonra Mühafizəkarlar Partiyasının sədri Oliver Dauden postundan istefa verdiyini elan edib. Siyasi şərhçilər bildirirlər ki, səsvermədən sonra Baş nazir Boris Consonun da mövqeyi kəskin şəkildə zəifləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.