Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Multikulturalizm Mərkəzi cari ili uğurla başa vurur

Multikulturalizm Mərkəzi cari ili uğurla başa vurur

Bakı, 11 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə 2014-cü ildən fəaliyyət göstərən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi cari ili uğurla başa vurur. Dövlətimizin başçısının tövsiyəsi ilə BBMM sadəcə ölkə daxilində deyil, eyni zamanda, bir sıra xarici ölkələrdə də Azərbaycandakı etno-mədəni və konfessional müxtəliflik, multikulturalizmin dövlət siyasəti müstəvisində həyata keçirilməsi, habelə mədəniyyətlərarası və dinlərarası dialoqda oynadığı qlobal rol mövzusunda konfranslar, dəyirmi masalar, seminarlar, təqdimatlar, görüşlər həyata keçirib.

Bu barədə AZƏRTAC-a Mərkəzin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, tədbirlərdə Azərbaycandakı etnik qruplar, onların əsrlər boyu qarşılıqlı anlaşma şəraitində yaşaması, eləcə də, multikultural cəmiyyətdəki inteqrasiya və idarəetmə siyasəti barədə geniş məlumat verilib, müzakirələr aparılıb.

2019-cu il ərzində ölkə daxilində gerçəkləşən 40-a yaxın yerli və beynəlxalq əhəmiyyətli tədbir sırasında Multikulturalizm Mərkəzinin 5 illiyinə həsr edilmiş yubiley mərasimi, “Holokost və Xocalı - müasirlərin gözü ilə” adlı dəyirmi masa, “Terror multikulturalizmə qarşı” layihəsi çərçivəsində “1918-ci il mart soyqırımı və yəhudilər” mövzusunda II Beynəlxalq konfrans, V Ümumdünya mədəniyyətlərarası dialoq forumu çərçivəsində “Müasir dünyada etnik-mədəni müxtəlifliyin artması və onun tənzimlənməsində çoxmədəniyyətlilik siyasətinin əhəmiyyəti” mövzusunda beynəlxalq tədbir, “Bakı Mədəniyyətlərarası Gənclər Forumu: Dinlərarası dialoqdan fəaliyyətə doğru” adlı dünya gənclərinin I Forumu, eləcə də, “Qafqaz Albaniyası : tarix və müasirlik kontekstində” mövzusunda II beynəlxalq elmi konfransı xüsusi qeyd etmək lazımdır.

Xarici ölkələrdə isə ABŞ-ın Arizona ştatında baş tutan “Multikulturalizm harmoniya və sülhün açarı” adlı beynəlxalq konfransı, Los-Anceles şəhərində “Azərbaycan multikulturalizm modeli”nə həsr olunmuş dəyirmi masanı, Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyi münasibətilə Parisdə keçirilən beynəlxalq tədbiri, Almaniyanın Pirna və Drezden universitetlərində “Cənubi Qafqazda almanların məskunlaşması”, Mərakeş Krallığının İbn Zöhr və Cadi Ayyad Universitetlərində isə “Azərbaycanda dini, etnik, dil müxtəlifliyi və tolerantlıq”, “Azərbaycan multikulturalizm modeli dünya ölkələrinə nümunə kimi” mövzularında təqdim edilən mühazirələri, Ümumukrayna esse müsabiqəsini, Braziliya, Argentina və Uruqvayın ali təhsil ocaqlarında təşkil olunmuş silsilə multikulturalizm seminarlarını və digər bu qəbildən olan tədbirləri qeyd etmək lazımdır. Bundan başqa, 2019-cu ildə Mərkəzin 9-cu nümayəndəliyi Rumıniyada açılıb. Bütün nümayəndəliklərdə ölkəmizlə bağlı əlamətdar günlər xüsusi tədbirlərlə qeyd edilib.

Ənənəvi olaraq, hər il həyata keçirilən Beynəlxalq Multikulturalizm Yay və Qış məktəblərində bu il müxtəlif ölkələrdən, eləcə də Azərbaycandan 200 nəfərədək gənc iştirak edib. Artıq IX dəfə təşkil olunan Beynəlxalq Multikulturalizm Yay və Qış Məktəblərinə bir sıra beynəlxalq qurumlar və fondlar da həmtəşkilatçı kimi qoşulub.

BBMM və XİN nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikası Beynəlxalq İnkişafa Yardım Agentliyinin birgə həyata keçirdiyi “Xarici təqdiqatçılar” layihəsi çərçivəsində qazaxıstanlı tarixçi və jurnalist Arman Süleymanov, eləcə də Mərakeş Krallığından olan araşdırmaçı jurnalist Feysəl Əl-Daoudi Mərkəzdə 2 ay müddətində Azərbaycan multikulturalizmi ilə bağlı müstəqil araşdırma aparmış və hesabat təqdim etmişlər.

Cari ildə Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti qrant müsabiqəsi üçün əməkdaşlığı çərçivəsində QHT-lər üçün məlumatlandırma sessiyası təşkil olunub və müsabiqə elan edilib.

BBMM-in 2015-ci ildən həyata keçirilən “Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici ölkə universitetlərində tədrisi layihəsi çərçivəsində hazırda dünyanın 21 aparıcı universitetində (Bolqarıstan, Rusiya, Çexiya, Litva, Almaniya, İndoneziya, Gürcüstan, Portuqaliya, Polşa, Türkiyə, İtaliya, İsveçrə, Almaniya, Belarus, Ukrayna, İsveç, Yaponiya, Hindistan, Rumıniya, Braziliya) “Azərbaycan multikulturalizmi” fənni magistratura pilləsində tədris olunur. 2019-cu il ərzində 9 xarici ölkə universitetində (La Sapienza Universiteti - İtaliya, Ural Federal Universiteti - Rusiya, Aleksandr İoan Kuza Universiteti - Rumıniya, İvan Cavaxaşvili adına Tbilisi Dövlət Universiteti - Gürcüstan, Şri Şri Universiteti - Hindistan, Hokkaydo Universiteti - Yaponiya, Vrotslav Universiteti - Polşa, Braziliya Federal Universiteti - Braziliya, Erciyəs Universiteti - Türkiyə) Azərbaycan multikulturalizmi fənninin tədrisi davam etdirilib.

Bununla yanaşı, Azərbaycan Respublikasının Təhsil nazirinin əmri ilə 2019-2020-ci tədris ilindən etibarən, ölkəmizin bütün universitetlərində və bütün ixtisaslar üzrə “Multikulturalizmə giriş” əsas fənn kimi tədris olunmağa başlanıb. Bu ilin sentyabrında fənni tədris edəcək müəllimlər üçün treninqlər təşkil edilib. Eyni zamanda, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə hazırladığı "Multikulturalizmə giriş" dərsliyi ictimaiyyətə təqdim olunub.

Cari ildə də Multikulturalizm Mərkəzi multikulturalizm sahəsində aparılan araşdırmaların, eləcə də bu istiqamətdə təşkil olunan yerli və xarici konfrans materiallarının nəşrini də həyata keçirib. Fransız, italiyan və ispan dillərinə tərcümə edilərək nəşr olunmuş “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Multikulturalizmin Azərbaycan modeli haqqında”, BBMM-in Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təqdim etdiyi ingilis dilində hazırlanmış "Azərbaycan Multikulturalizmi. Etnik müxtəliflik xəzinəsi", Azərbaycan, rus və ingilis dillərində nəşr olunmuş “Qafqaz Albaniyasının etno-mədəni irsi” adlı kitablar, habelə ali məktəblər üçün rus dilində “Azərbaycan multikulturalizmi” adlı dərs vəsaiti də 2019-cu ildə işıq üzü görüb. Azərbaycan, rus və ingilis dillərində təqdim olunan “Multikulturalizm” jurnalının nəşri cari ildə də davam etdirilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin 2019-cu il ərzindəki fəaliyyəti, layihələr çərçivəsində həyata keçirdiyi tədbirlər müntəzəm olaraq, yerli telekanallar tərəfindən işıqlandırılmışdır. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), eləcə də yerli mətbuat orqanları və onların internet səhifələrində BBMM-in ölkə daxilində, habelə xaricdə keçirilən bütün tədbirləri haqda məlumatlar davamlı olaraq dərc edilərək yayılıb.

2018-ci ilin oktyabr ayından etibarən yayımlanan və BBMM-in Azərbaycan Televiziyası ilə birgə telelayihəsi olan “Multikulturalizm” verilişi 2019-cu ildə davam edib. Ayda iki dəfə olmaqla il ərzində 20 televiziya verilişi hazırlanaraq efirə verilib. Verilişlərdə BBMM-in fəaliyyəti - görülən işlər, həyata keçirilən layihələrlə yanaşı, bütövlükdə Azərbaycanın multikulturalizm siyasəti öz əksini tapıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin 2019-ci il ərzində fəaliyyəti barədə bütün informasiya məlumatları Mərkəzin 3 dildə - azərbaycan, rus və ingilis dillərində yayılan http://multikulturalizm.gov.az rəsmi saytında, eləcə də rəsmi Facebook, Twitter və Youtube səhifələrində yerləşdirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev: Ulu Öndərin fəaliyyəti nəticəsində biz inkişaf yoluna qədəm qoyduq

Prezident İlham Əliyev: Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik

Prezidentdən xəbərdarlıq: Ermənistana verilən silahların kritik həddə çatmasını görsək, heç kim bizdən inciməsin

Prezident: Qazaxın işğal edilmiş torpaqlarının qaytarılması, delimitasiya, demarkasiyanın şərtlərimiz əsasında aparılması növbəti zəfərimizdir

Azərbaycan Prezidenti: Qafqazda aparıcı dövlət bizik və bizimlə hər kəs hesablaşmalıdır

Ümummilli Liderin 101 illiyi Həştərxanda qeyd edilib

İdmanda böyük inkişaf Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır

Prezident İlham Əliyev: İlin sonuna qədər azı 20 yaşayış məntəqəsində həyat bərpa ediləcək

Təhsil müəssisələrində Ulu Öndərə həsr olunmuş tədbirlər

Prezident: Qarabağ və Şərqi Zəngəzur bölgələri dünyanın ən gözəl yerlərindən biri olacaq

Pakistan Prezidenti Muxtar Babayevi qəbul edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Prezident İlham Əliyev şuşalılarla görüşdə şəhərdəki tarixi abidələrin bərpasından danışıb

Azərbaycan ilk dəfə Olimpiadada iki badmintonçu ilə təmsil olunacaq

Prezident: Bu gün Şuşanın yeni tarixi başlayır

Eskişehir Azərbaycanlılar Dərnəyi Ulu Öndərə həsr olunan maarifləndirici videoçarx hazırlayıb

Azərbaycan sərhədçisi Ulu Öndərin müəyyənləşdirdiyi milli sərhəd strategiyasını uğurla yerinə yetirir

Azərbaycan Prezidenti: Müharibənin Şuşasız uğurla başa çatması mümkün deyildi

Azərbaycan sərhədçisi Ulu Öndərin müəyyənləşdirdiyi milli sərhəd strategiyasını uğurla yerinə yetirir

Prezident İlham Əliyev doğma yurda qayıdış münasibətilə şuşalıları təbrik edib

AQTA: Monitorinqlər zamanı 29 müəssisədə nöqsanlar aşkarlanıb

Prezident İlham Əliyev: Xalqımız elə bir qəhrəmanlıq göstərib ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar

Aşqarlar Kimyası İnstitutunda tədbir: “Vətənə, xalqa həsr edilən ömür”

Türkiyə Milli Müdafiə Universitetinin nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb

MDU kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib

Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş  YENİLƏNİB

“Böyük Dəbilqə”: Azərbaycan cüdo yığması ilk günü 1 medalla başa vurub

Ulyanovskda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsi anılıb

BMU-nun kollektivi Fəxri xiyabanda Ulu Öndərin xatirəsini ehtiramla yad edib

Ulu Öndər Heydər Əliyevin yubileyi münasibətilə Özbəkistanda kitab nəşr olunub

Sankt-Peterburqda Ulu Öndər Heydər Əliyevin barelyefi önünə gül dəstələri qoyulub

“Ana dilimiz və təhsil” layihəsi çərçivəsində Heydər Əliyev adına Müasir Təhsil Kompleksində tədbir

Hulusi Kılıç: Heydər Əliyevin ideyaları Azərbaycanın uğurlu gələcəyinin rəhni, Türk dünyasının bələdçisidir

Dövlət Xidməti standart nümunələrin və ölçmə vasitələrinin idxalı ilə məşğul olan sahibkarlara müraciət edib

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Fransa-Azərbaycan münasibətlərindəki ziddiyyətlərlə bağlı arayış hazırlayıb

İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi başa çatıb

Ədəbiyyat Muzeyində elmi sessiya: “Əbədi ömrün ikinci əsri”

Ulu Öndər Heydər Əliyevin xatirəsi Türkmənistanda da anılıb

Prezident İlham Əliyev Laçın rayonunun Sus kəndinə köçmüş sakinlərlə görüşüb, kiçik su elektrik stansiyalarının açılışlarında iştirak edib YENİLƏNƏCƏK

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü Sumqayıtda silsilə tədbirlərlə qeyd edilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə ümumukrayna esse müsabiqəsi elan edilib

Zaqatalada tədbir: Ulu Öndərin tariximizdə rolu illər keçdikcə daha dərindən dərk edilir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Ombudsman Səbinə Əliyeva və Aparatın kollektivi Ümummilli Liderin xatirəsini anıb

Andrey Lunyov: “Qarabağ”da qalıb-qalmayacağımı zaman göstərəcək

Samuxda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti Heydər Əliyev Muzeyini ziyarət edib

Rusiyalı ekspertlər Ulu Öndər Heydər Əliyevin Azərbaycanın ən yeni tarixində roluna dair fikirlərini bölüşüblər

Füzulidə “Dahi Şəxsiyyət” adlı sənədli film nümayiş olunub

Suraxanıda avtomobillərdən oğurladığı bank kartları ilə marketlərdən alış-veriş edən şəxs saxlanılıb

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib VİDEO

Azərbaycan, Türkiyə və Şimali Kipr parlamentlərarası əlaqələr üzrə işçi qruplarının birgə görüşü təşkil ediləcək

Müdafiə Nazirliyi: Rusiya qoşunları Xarkov vilayətində Ukrayna ordusunun müdafiəsini yarmağa çalışıb

ADA Universitetində dəyirmi masa: Gələcəyin formalaşdırılması: strateji uzaqgörənlik

Mariya Stadnik Olimpiya lisenziyasının bir addımlığında

FHN-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib VİDEO

Prezident İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub YENİLƏNƏCƏK

Qarabağ və Şərqi Zəngəzurda bərpa işlərində İsveçrə şirkətlərinin iştirakı məsələsi müzakirə olunub

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Mikrobiologiya İnstitutunda Ulu Öndərə həsr edilmiş tədbir keçirilib

Bosniya və Herseqovinada Ulu Öndərin anadan olmasının ildönümü qeyd edilib

Azərbaycan sambo millisi 8 ildən sonra Avropa çempionatında qızıl medal qazanıb

Teymur Rəcəbov beynəlxalq turnirə qatılacaq

Prezident İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub YENİLƏNƏCƏK

Xaçmaz və Qubanın gilas bağlarında bu il məhsuldarlığın aşağı olacağı gözlənilir VİDEO

Qaxda keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin xalq qarşısındakı xidmətlərindən danışılıb

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi İstanbulda ehtiramla anılıb VİDEO

Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub, birinci tunelin açılışında iştirak edib   YENİLƏNİB VİDEO

Baş Prokurorluğun futbol komandası Ulu Öndərin xatirəsinə həsr olunmuş turnirdə Fair-Play mükafatına layiq görülüb

İki nəfərin göldə boğularaq ölməsi ilə əlaqədar Naxçıvan Şəhər Prokurorluğunda araşdırma aparılır

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü münasibətilə Taxtakörpü qəsəbəsində ağacəkmə aksiyası keçirilib

Amerikalı mütəxəssisin AzMİU-da sərgisi açılıb

Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş ağacəkmə aksiyası keçirilib

Dörd ayda DSMF-nin xərcləri 267 milyon manat artaraq 2 milyard 271 milyon manat təşkil edib

Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində bir nəfər ölüb VİDEO

Dövlət Xidmətində bir qrup şəxsə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” medalı təqdim edilib

Prezident İlham Əliyev Füzuli rayonunda Köndələnçay su anbarları kompleksinin təmir-bərpadan sonra açılışında iştirak edib YENİLƏNİB VİDEO

Çinin Şaansi vilayətinin nümayəndə heyəti Sumqayıtda səfərdə olub

“Qafqazdan dünyaya doğan günəş” - tədbir

Çadın hərbi lideri Debi İtno mübahisəli seçkilərin qalibi elan edilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Qazaxıstanlı nazir: Bakı, Astana və Daşkənd energetika sistemlərinin inteqrasiyası layihəsi üzərində iş aparır

BDU tələbələrinin “MDB-nin ən yaxşı tədqiqatçıları - 2024” müsabiqəsində uğuru

Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanışlıq YENİLƏNƏCƏK

Sadır Japarov: Qırğızıstandan gizli yolla qızıl çıxarılması barədə video saxtadır

Ümummilli Lider Heydər Əliyevin ideyaları daim yaşayacaq

Mədəniyyət Nazirliyinin kollektivi Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini ehtiramla anıb

Müdafiə Sənayesi Nazirliyinin kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub YENİLƏNƏCƏK

AZAL-ın kollektivi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad edib

Şərqşünas alim Ankarada keçirilən simpoziumda məruzə edib

Ankaradakı Heydər Əliyev adına məktəbdə Ulu Öndərin xatirəsinə konsert proqramı təşkil olunub

Fidan Hacıyeva: İkinci Beynəlxalq Opera Festivalı da olacaq!

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar YENİLƏNƏCƏK

Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanışlıq YENİLƏNƏCƏK

Bərdə rayon sakinini öldürməyə cəhd faktı ilə bağlı cinayət işi başlanılıb

Qazaxıstan və Niderland arasında doqquz kommersiya sazişi imzalanıb

BP-də çalışan azərbaycanlı işçilərin sayı artıb

Pekində Ulu Öndərin fikirləri əsasında hazırlanmış “Xalq öz dili ilə yaranır” adlı Azərbaycan dili dərsliyinin təqdimatı olub VİDEO

ƏƏSMN-in kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla anıb