DÜNYA
Müqəddəs Kəbənin yuyulması mərasimi olub
Qahirə, 16 avqust, AZƏRTAC
Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman İki Müqəddəs Ocağın Xadimi, Kral Salman bin Əbdüləzizin adından müqəddəs Kəbə evinin yuyulması şərəfinə layiq görülüb.
AZƏRTAC xəbər verir ki, bu barədə rəsmi SPA agentliyi məlumat yayıb.
Vəliəhd Məhəmməd bin Salman Kəbə evinin ətrafında Təvaf icra etdikdən və içəridə iki rükət namaz qıldıqdan sonra divarları yuyub.
Mərasimdə krallığın şahzadələri, üləmalar, hökumət nümayəndələri də iştirak ediblər.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]