MƏDƏNİYYƏT
Musiqi Mədəniyyəti Dövlət Muzeyində növbəti tədbir Milli Qurtuluş Gününə həsr ediləcək
Bakı, 10 iyun, AZƏRTAC
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində 15 iyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçiləcək.
Muzeydən AZƏRTAC-a məlumat verilib ki, iyunun 14-də mədəniyyət ocağının təşkilatçılığı ilə keçiriləcək tədbirdə dövlət müstəqilliyimizin tarixindən, ulu öndər Heydər Əliyevin dövlətçiliyimizin inkişafındakı xidmətlərindən, habelə müstəqil dövlətimizə beynəlxalq səviyyədə verilən bugünkü qiymətdən danışılacaq.
Qeyd edək ki, tədbir çərçivəsində Milli Qurtuluş Gününə həsr edilmiş sərginin açılışı da nəzərdə tutulur. Respublikanın tanınmışı incəsənət simalarının iştirak edəcəyi tədbir konsert proqramı ilə davam edəcək.