MƏDƏNİYYƏT


Musiqi məktəbində “Məclisi Üns” adlı təbdir təşkil olunub

Bakı, 13 mart, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 4 nömrəli uşaq incəsənət məktəbində bu ilin ölkədə “Nəsimi ili” elan edilməsi ilə bağlı dahi şair İmaməddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Məclisi Üns” adlı təbdir keçirilib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə Xalq artisti Rasim Balayev, Azərbaycan Yazıçılar Birliyinin Xəzər rayon bölməsinin sədri, şair Arif Buzovnalı, Əməkdar artist Azad Şükürov, dinşünas Hacı Soltan dahi şairin yaradıcılığını təhlil edərək maraqlı söhbətlər aparıblar.

Məktəbin rəsm sinfinin şagirdlərinin Nəsimi yaradıcılığına həsr etdikləri rəsmlər və VII sinif şagirdi Rauf Muradlının söylədiyi qəzəl qonaqların diqqətinə səbəb olub.

Tədbirin bədii hissəsində məktəb müəllimlərinin müşayiəti ilə çıxış edən xanəndə sinfinin gənc müəllimi Rəna Qafarovanın ifasında səslənən şairin sözlərinə yazılmış mahnı və təsniflər “Məclisi Üns”ə xüsusi rəng qatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.