MƏDƏNİYYƏT


Musiqili Teatrın aktrisası beynəlxalq festivala gedir

Bakı, 7 iyun, AZƏRTAC

Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası, Əməkdar Artist Nərgiz Kərimova Ukraynada keçiriləcək beynəlxalq festivalda iştirak edəcək.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Nərgiz Kərimova iyunun 10-11-də V “O-FEST” 2017 Beynəlxalq Opera, Operetta və Müzikl festivalında ölkəmizi təmsil edəcək. Bir sıra ölkələrin tanınmış sənətçilərinin çıxış edəcəyi və dünyada kifayət qədər böyük şöhrətə, nüfuza malik olan bu mötəbər tədbir Kiyev Akademik Operetta Teatrında keçiriləcək.

V “O-FEST” 2017 Beynəlxalq Opera, Operetta və Müzikl festivalında bir çox beynəlxalq müsabiqələrin laureatı olan Nərgiz Kərimova İmre Kalmanın dünyaca məşhur “Silva” operettasından Silvanın ariyasını alman dilində, Silva ilə Edvinin duetini isə Ukrayna təmsilçisi ilə Ukrayna dilində ifa edəcək.

Qeyd edək ki, ötən il də bu beynəlxalq festivalda iştirak edən N.Kərimova dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Gülçöhrənin ariyasını və İmre Kalmanın “Maritsa” əsərindən Maritsanın ariyasını ifa etmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.