REGİONLAR


Naxçıvan televiziyası rus dilində xəbər yayımına başlayıb

Naxçıvan, 8 avqust, AZƏRTAC

Naxçıvan Dövlət Televiziyası avqustun 7-dən etibarən xəbərlərin rus dilində yayımına başlayıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, hər həftənin çərşənbə axşamı saat 21:00-da efirə təqdim olunan “Xəbərlər” proqramında həftə ərzində muxtar respublikanın sosial-iqtisadi və ictimai-mədəni həyatında baş verən hadisələr rusdilli auditoriyaya təqdim olunacaq. Xəbərlərin rus dilində yayımı muxtar respublikanın daha geniş məkanda tanıdılmasına, informasiya blokadasının tam yarılmasına, turizm imkanlarının daha geniş şəkildə təbliğinə xidmət edəcək.

Qeyd edək ki, ötən ildən etibarən Naxçıvan Dövlət Televiziyasında hər həftənin bazar ertəsi günü saat 21:00-da “Xəbərlər”in ingilis dilində yayımı da həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.