Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvanda Dövlət Müstəqilliyi Günü silsilə tədbirlərlə qeyd olunub

Naxçıvan, 19 oktyabr, AZƏRTAC

1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan dövlət müstəqilliyini ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası, uzaqgörən siyasəti nəticəsində qoruyub saxlaya bildi.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikir Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən Heydər Əliyev Universitetinin “Ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin banisidir” mövzusunda keçirilən növbəti məşğələsində səsləndirilib.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, ölkəmizdə milli dövlətçilik quruculuğu prosesi Ulu Öndərin 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işlədiyi dövrdə məhz onun tərəfindən həyata keçirilməyə başlanıb.

Vurğulanıb ki, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən çoxsaylı nailiyyətlər Ümummilli Liderimizin müstəqil Azərbaycanın gələcəyi üçün nəzərdə tutduğu bütün işlərin böyük uğurla həyata keçirildiyini sübut edir.

Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə elmlər doktoru Xəzər Hüseynov “Ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin banisidir” mövzusunda çıxış edərək bildirib ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Liderin diqqət mərkəzində olan ən əsas məsələlərdən biri də Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi olub.

Xəzər Hüseynov deyib: “Heydər Əliyev yolu Azərbaycanı firavan gələcəyə aparan yoldur. Həm iqtisadi, həm mədəni, həm də mənəvi inkişaf dahi şəxsiyyətin dövlətçilik ideologiyasının əsas qayəsidir. Bu siyasət hazırda ölkəmizdə, o cümlədən muxtar respublikamızda uğurla həyata keçirilir”.

Sonda Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

X X X

Naxçıvan Müəllimlər İnstitutunda 18 oktyabr – Dövlət Müstəqilliyi Gününə həsr edilən elmi-praktik konfransı institutun rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev açaraq bildirib ki, xalqımızın ən böyük sərvəti olan dövlət müstəqilliyimizin əldə edilməsi hər bir Azərbaycan vətəndaşı üçün müstəsna əhəmiyyət daşıyır. Respublikamız həqiqi müstəqilliyinə isə ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra qovuşub. Məhz görkəmli dövlət xadiminin həyata keçirdiyi siyasət ölkəmizdə ictimai-siyasi sabitliyi bərqərar edib, onu inkişaf yoluna çıxarıb.

“Bu gün Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçün ardıcıl tədbirlər həyata keçirir. Dövlət başçısının qeyd etdiyi kimi, bizim artan nüfuzumuz, gücümüz imkan verir ki, Azərbaycan tam şəkildə müstəqil siyasət aparsın”, – deyən Elbrus İsayev diqqətə çatdırıb ki, ölkəmiz bu gün sürətlə inkişaf edir. Bu inkişaf Naxçıvan Muxtar Respublikasında da özünü göstərməkdədir.

Rektor vurğulayıb ki, qədim Naxçıvan torpağı da dövlət müstəqilliyimizin möhkəmləndirilməsinə dəyərli töhfələr verməkdədir. Muxtar respublikada bütün sahələr üzrə böyük uğurlar ona görə qazanılır ki, burada ulu öndər Heydər Əliyevin yolu sədaqətlə, vətənpərvərliklə davam etdirilir. Bu gün Naxçıvanda böyük quruculuq işləri həyata keçirilir. Naxçıvan Müəllimlər İnstitutu binasının yenidən qurulması və müasir avadanlıqlarla təmin olunması da aparılan təhsil quruculuğunun tərkib hissəsidir.

Konfransda institutun humanitar və təsviri incəsənət kafedrasının müəllimi Arzu Abdullayev “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”, ibtidai sinif müəllimliyi ixtisası üzrə III kurs tələbəsi Fatimə Həsənova “Ən böyük nailiyyətimiz müstəqilliyimizdir” mövzularında çıxış ediblər.

Sonra Dövlət Müstəqilliyi Günü ilə bağlı videoçarx nümayiş etdirilib, tələbələr vətənpərvərlik mövzusunda Azərbaycan, rus və ingilis dillərində şeirləri bədii qiraət ediblər.

Qeyd edək ki, Naxçıvan Müəllimlər İnstitutunda təsviri incəsənət müəllimliyi ixtisası üzrə təhsil alan tələbələrin Dövlət Müstəqilliyi Gününə həsr etdikləri rəsm əsərləri və əl işlərindən ibarət sərgi-müsabiqə də olub. Müsabiqədə yer tutan 11 tələbəyə diplom verilib.

X X X

18 oktyabr – Dövlət Müstəqilliyi Günü ilə əlaqədar “Naxçıvan” Universitetində ümumi tarix kafedrasının təşkilatçılığı ilə “Müstəqilliyin başlanğıcı – 18 oktyabr” mövzusunda konfrans keçirilib.

Konfransı universitetin ümumi tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Mehman Şabanov açaraq milli müstəqilliyin dövlətçilik tariximizdəki əhəmiyyətindən danışıb. Bildirib ki, dövlət müstəqilliyimiz 1991-1993-cü illərdə süquta uğramaq təhlükəsi ilə üz-üzə idi. Məhz ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkəmiz parçalanmaq, məhv olmaq təhlükəsindən xilas oldu, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatda köklü islahatlara, dövlət quruculuğu prosesinə başlanıldı.

Sonra ümumi tarix kafedrasının dosenti Elçin Zamanovun “XX əsrin sonlarında SSRİ-nin dağılması fonunda milli azadlıq hərəkatının başlanması və müstəqilliyin əldə olunması”, həmin kafedranın müəllimi Nuray Hacıyevanın “Müstəqilliyin saxlanılmasının çətinlikləri – dövlət çevrilişinə cəhdlər” və universitetin tarix müəllimliyi ixtisası üzrə I kurs magistrantı Könül Vəliyevanın “Müstəqillikdən keçən 27 il gənclərin gözü ilə” mövzularında çıxışları dinlənilib.

Çıxışlarda vurğulanıb ki, müstəqilliyi qoruyub saxlamağın onu qazanmaqdan qat-qat çətin olduğunu tarix dəfələrlə sübut edib. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Dövlət müstəqilliyimiz dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyev tərəfindən xilas edildi, Azərbaycan müstəqil dövlət kimi hərtərəfli və davamlı inkişaf yoluna çıxarıldı. Sevindirici haldır ki, müstəqilliyimizin siyasi və iqtisadi sütunları bu gün daha da möhkəmlənir. Xalqla iqtidar birliyi nəticəsində inkişaf və tərəqqi istiqamətində mühüm nailiyyətlər əldə edilir. Bunu blokadada olmasına baxmayaraq, daim inkişaf edən, sosial-iqtisadi, mədəni tərəqqi yolu ilə irəliləyən Naxçıvan Muxtar Respublikasının timsalında da aydın şəkildə görmək olar.

Sonda tədbir iştirakçıları müstəqilliyimizi əks etdirən slayda baxıblar.

X X X

Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində Dövlət Müstəqilliyi Gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir” mövzusunda tədbir keçirilib.

Naxçıvan Qarnizonunun şəxsi heyətinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Əlahiddə Ümumqoşun Ordunun zabiti, general-mayor Niyaməddin Tağıyev çıxış edərək bildirib ki, milli müstəqilliyimizin xilaskarı olan ümummilli lider Heydər Əliyevin digər sahələrdə olduğu kimi, ordu quruculuğu sahəsində də həyata keçirdiyi tədbirlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Muxtar respublikada da bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilir. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə hərbi hissələrin maddi-texniki təminatı möhkəmləndirilir, əsgəri-məişət-yaşayış kompleksləri tikilir, zabit ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır, şəxsi heyətin mənəvi-psixoloji, fiziki və döyüş hazırlığı səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlir.

“Müdafiə qüdrəti durmadan artan muxtar respublikada yeni hərbi hissələrin yaradılması, mövcud hərbi hissələrdə infrastrukturun müasirləşdirilməsi istiqamətində mühüm işlər görülür, böyük əhəmiyyətə malik layihələr icra olunur”, – deyən Niyaməddin Tağıyev vurğulayıb ki, hərbi qulluqçularımız ötən il oktyabrın 18-də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günündə Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümünə həsr olunmuş hərbi paradda böyük qürurla iştirak edərək xalqımıza fəxarət, düşmənlərimizə qorxu hissi yaşatdı.

Tədbirdə Naxçıvan Qarnizonu tam orta məktəbinin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Natiq Əhmədov və Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik-leytenant Zaur Həmidov çıxış ediblər.

Sonra müstəqillik gününə həsr edilmiş videoçarx göstərilib, Heydər Əliyev adına Hərbi Liseyin kursantları Vətənimizə həsr olunmuş şeirləri bədii qiraət ediblər. Tədbirdə, həmçinin “Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır” devizi altında təşkil olunmuş rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıblar.

Naxçıvan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblının üzvləri əsgərlər qarşısında çıxış ediblər.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yaylmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB VİDEO

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb VİDEO

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır