REGİONLAR


Naxçıvanda xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüş keçirilib

Naxçıvan, 31 may, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları 1 İyun - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüşüblər.

Komitədən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, komitə və müvafiq rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə Şərur, Kəngərli, Sədərək rayonlarında yaşayan valideyn himayəsindən məhrum, tək valideynli, sağlamlıq imkanları məhdud və aztəminatlı 19 uşağın ailəsində görüş keçirilib.

Təşkilatçılar tərəfindən uşaqlara ərzaq payı, ehtiyaclarına uyğun geyim dəsti və tibbi ləvazimat verilib. Uşaqlar, onların ailə üzvləri, himayədar və qəyyumları onlara göstərilən qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, bu gün dövlətimiz onların bütün qayğıları ilə yaxından maraqlanır, lazımi addımlar atılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.