SİYASƏT
Nazir Ketevan Tsxelaşvili: Azərbaycan ilə Gürcüstan arasında həlli mümkün olmayan məsələ yoxdur
Tbilisi, 14 oktyabr, AZƏRTAC
Azərbaycan ilə Gürcüstan arasında çox qədim tarixə malik dostluq əlaqələri var. Bizim əlaqələrimiz bu gün də çox yüksək səviyyədədir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Naziri Ketevan Tsixelaşvili jurnalistlərə açıqlamasında söyləyib.
Nazir deyib: “İki ölkə arasında bütün məsələlər hər zaman müzakirə olunaraq həllini tapıb. Ona görə də deyə bilərəm ki, ölkələrimiz arasında həll edilməsi mümkün olmayan məsələ yoxdur”.
Qeyd edib ki, “Keşikçidağ” məbəd-kompleksi məsələsi də iki ölkə arasında müzakirələr və dialoq yolu ilə, yaxşı qonşuluq əlaqələri çərçivəsində həllini tapacaq. Bu məsələ ilə bağlı komissiyanın işinə də münasibət bildirən nazir deyib: “Hazırkı format çox effektiv və məhsuldardır. Bütün məsələlər bu komissiya çərçivəsində müzakirə edilir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi