İQTİSADİYYAT
Nazir: Məqsədimiz milli məhsullarımızın xarici bazarlara çıxarılmasında elektron ticarəti təşviq etməkdir
Bakı, 21 oktyabr, Pərvanə Rəhimova, AZƏRTAC
Məqsədimiz daha çox daxili bazarda elektron ticarətin payını artırmaq, eyni zamanda, milli məhsullarımızın xarici bazarlara çıxarılmasında elektron ticarəti təşviq etməkdir.
AZƏRTAC xəbər verir ki, bu barədə oktyabrın 21-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə II “Bakı Elektron Ticarət Forumu”nun açılış mərasimində deyib.
“Azərbaycanda internet bankçılıq inkişaf edir, logistika sahəsində bir çox dövlət və özəl şirkətlər fəaliyyət göstərir. Bunun nəticəsi olaraq elektron ticarət çoxlu sayda saytlar və platformalar vasitəsilə ölkədə müxtəlif məhsul və xidmətləri təklif edir. Turizm xidmətləri, bilet və hotel sifarişləri, informasiya texnologiyaları, geyim, qida məhsullarının elektron ticarət vasitəsilə satışında irəliləyişlər qeydə alınır. Ümumilikdə, ölkəmizdə elektron ticarət platformalarından sifarişlər edirlər”, - deyə nazir bildirib.